„Birinci Kanal-Təhsil“ artıq efirdədir

Yeni təhsil kanalı- „Birinci Kanal –Təhsil “ artıq efirdədir.

Yeni təhsil kanalı üçün xüsusi olaraq loqo,qablaşdırma dizaynı,yayımçılıq şəbəkəsi və „Teleməktəb “ təhsil layihəsi yaradılıb.

Təhsil Nazirliyi və Gürcüstanın Birinci Kanalının birgə layihəsi „Teleməktəb“ çərçivəsində martın 30-dan etibarən şagirdlərə teledərslər deyiləcək.

Təhsil Nazirliyi ilə birgə dərs cədvəli hazırlanıb.

Cədvəl siniflərə uyğun olaraq, milli tədris planında nəzərdə tutulmuş fənnləri özündə əhatə edir.

Teledərsləri müxtəlif fənnlər üzrə ixtisaslı müəllimlər keçəcəklər. Dərslər həm gürcü, həm də qeyri- gürcü dilli (azərbaycan və erməni) sektorlarını əhatə edir.

Teledərslər surdo-tərcümə ilə təmin olunacaqlar. „Birinci Kanal- Təhsil “-in efirində „ Abiturient Saatı “-nın da fəaliyyətə başladılması planlaşdırılır.

Müəllif – Sevinc Mustafayeva