Birinci Kanal işıqlandırılmış mövzuların statistikasını dərc edir
Birinci Kanal işıqlandırılmış mövzuların statistikasını dərc edir

 

Birinci Kanal işıqlandırılmış mövzuların statistikasını dərc edir. Məlumatlar, illik göstəricilərə əsasən, hansı mövzuların işıqlandırma tezliyinin artdığını göstərir.

İctimai Yayımçı məsuliyyətli və hesabatlı media olaraq 2019-cu ildən, xüsusi yaradılmış daxili monitorinq sistemi vasitəsilə proqram prioritetlərinə uyğun olaraq bütün platformalarda işıqlandırılan mövzuların statistikasını hazırlayır. Monitorinq proqramında məlumatlar 13 əsas və 132 alt istiqamət üzrə sistemləşdirilib və onlar daim yenilənir.

2022-ci ildə əvvəlki illə müqayisədə prioritet mövzuların əksəriyyətinin işıqlandırılması tezliyi artıb. Xüsusilə ictimai-siyasi istiqamətdə Ukraynada davam edən müharibənin, beynəlxalq siyasətin və Avropa İttifaqı ilə inteqrasiyanın işıqlandırılmasına ayrılan vaxt artıb.

Həmçinin, vətəndaş cəmiyyəti və beynəlxalq iqtisadiyyat mövzularının işıqlandırılmasında artım qeydə alınıb.

Həmçinin, monitorinq proqramı ilə işıqlandırılmış subyektlər də ölçülür. Göstəricilərin işlənməsi onların cinsinə, eləcə də təmsilçiliyinə görə həyata keçirilir.