Birinci Kanal biznes üçün - Distansiyalı biznes-xidmət üçün pulsuz reklam vaxtı

Gürcüstan miqyasında yeni koronavirusun (COVID-19) yayılması nəticəsində elan edilən karantin müddətində, Gürcüstanın Birinci Kanalı biznes sektora yardım təklif edir – yerinə çatdırılma xidməti olan şirkətlərə pulsuz reklam vaxtı ayıracaq.

Komersiyal reklam kanalda „Yayımçılıq haqqında“ Gürcüstan qanununun 64(1)-cü maddəsinə  müvafiq şəkildə yerləşdiriləcək.

Qeyd olunan kampaniya çərçivəsində, reklamın yerləşdirilməsi üçün hüquqi şəxslər, [email protected] ünvanına şirkət və onun servisləri haqqında məlumat göndərməlidirlər.

Video-çarxlar WeTransfer-ə yüklənməlidir və [email protected] ünvanına göndərilməlidir.

Video-çarxlarla bağlı detallı texniki məlumatı buradan ala bilərsiniz.