Bir neçə ölkə Salome Zurabişvlinin andiçmə mərasiminə gələcəyini təüsdiq etdi
Bir neçə ölkə Salome Zurabişvlinin andiçmə mərasiminə gələcəyini təüsdiq etdi

Gürcüstan Xarici İşlər naziri, David Zalkanianinin bəyan etdiyinə görə, Salome Zurabişvlinin andiçmə mərasimində iştirak edənlərin siyahısı hər gün dəyişir.

Nazirin qeyd etdiyinə görə, hər gün necə şifahi, eləcə də yazılı təsdiqləmələri qəbul edirlər.

Zalkalianinin dediyinə görə, dəvətnamələr Gürcüstanın əlaqələri olduğu bütün ölkələrə, Gürcüstanda akreditə olunmuş səfirliklərə göndərildi. Həmçinin nazirin dediyinə görə, dəvətnamələr beynəlxalq təşkilatlara da göndərilib.

Elə onun dediyinə görə, nümayəndə heyəti barəsində əlavə məlumat həftənin sonuna kimi olacaq.

Gürcüstan prezidentinin andiçmə mərasimi dekabrın 16-da, Telavidə keçiriləcək.