Bir il ərzində Gürcüstanın xarici borcu 652 milyon dollarla artıb
Bir il ərzində Gürcüstanın xarici borcu 652 milyon dollarla artıb

Maliyyə Nazirliyinin göstəricilərinə görə, bir ildə Gürcüstanın xarici borcu 652 milyon dollarla artıb.

Əgər 2016-cı ilin noyabrın 31-də xarici borcun həcmi 4,411 milyard dollar idisə, 2017-ci ilin noyabrın 31-i üçün bu göstərici 5,063 milyard dollara çatdı.

Müvafiq olaraq da, 12 ayda bu borc tam 15 faiz ilə artıb.

Əgər borcun məbləğini milli valyutaya köçürsək, onun həcmi keçən il 11,165 milyard lari idi, bu il isə, 13,784 milyard laridir. Artış 23,45%-i təşkil edir (kursun təsiri də nəzərdə tututlur).

Ehtimala görə, ölkənin xarici borcları önümüzdəki illərdə dahada artacaq və bu əsasən, infrastruktura layihələri ilə bağlı planlarla əlaqələnir.