Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 602 yeni yoluxma faktı aşkarlanıb, 697 nəfər sağalıb, bir pasiyent vəfat edib
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 602 yeni yoluxma faktı aşkarlanıb, 697 nəfər sağalıb, bir pasiyent vəfat edib

 

Ötən həftə (09.05-15.05.2022) ərzində Gürcüstanda koronavirusa 602 yeni yoluxma faktı aşkarlanıb, 697 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, bir pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Əsasən Omicron B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 97 625 ədəd test aparılıb, onlardan 86 222-si antigen sürətli testi, 11 403-ü isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 0,62% təşkil edir.

Ötən həftənin (02.05-08.05.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 745 yeni yoluxma faktı qeydə alınıb, 984 pasiyent sağalıb, 8 nəfər vəfat edib.