Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 575 yeni yoluxma faktı aşkarlanıb, 614 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 575 yeni yoluxma faktı aşkarlanıb, 614 nəfər sağalıb

 

Ötən bir həftə (23.05-29.05.2022) ərzində Gürcüstanda koronavirusa 575 yeni yoluxma faktı aşkarlanıb, 614 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, bir pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

İdarədən verilə məlumata görə, əsasən Omicron B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 104 996 ədəd test aparılıb, onlardan 95 506-sı antigen sürətli testi, 9 490-ı isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 0,55% təşkil edir.

Ötən həftənin (16.05-22.05.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 586 yeni yoluxma faktı qeydə alınıb, 605 pasiyent sağalıb, 5 pasiyent vəfat edib.