Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 515 yeni yoluxma faktı aşkarlanıb, 546 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 515 yeni yoluxma faktı aşkarlanıb, 546 nəfər sağalıb

 
Ötən bir həftə (06.06.2022-12.06.2022) ərzində Gürcüstanda koronavirusa 515 yeni yoluxma faktı aşkarlanıb, 546 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 3 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Əsasən Omicron B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 100 232 ədəd test aparılıb, onlardan 92 556-sı antigen sürətli testi, 7 676-sı isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 0,51% təşkil edir.

Ötən həftənin (30.05.2022-05.06.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 511 yeni yoluxma faktı qeydə alınıb, 514 pasiyent sağalıb, 7 pasiyent vəfat edib.