Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 511 yeni yoluxma faktı aşkarlanıb, 514 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 511 yeni yoluxma faktı aşkarlanıb, 514 nəfər sağalıb

 

Ötən bir həftə (30.05-05.06.2022) ərzində Gürcüstanda koronavirusa 511 yeni yoluxma faktı aşkarlanıb, 514 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 7 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Əsasən Omicron B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 103 529 ədəd test aparılıb, onlardan 93 577-si antigen sürətli testi, 9 952-si isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 0,49 % təşkil edir.

Ötən həftənin (23.05-29.05.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 575 yeni yoluxma faktı qeydə alınıb, 614 pasiyent sağalıb, 1 pasiyent vəfat edib.