Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 2 570 yeni yoluxma faktı aşkarlanıb, 1 103 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 2 570 yeni yoluxma faktı aşkarlanıb, 1 103 nəfər sağalıb

 

Ötən bir həftə (27.06.2022-03.07.2022) ərzində Gürcüstanda koronavirusa 2 570 yeni yoluxma faktı aşkarlanıb, 1 103 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 3 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Bir həftə ərzində ölkədə 63 443 ədəd test aparılıb, onlardan 56 699-ı antigen sürətli testi, 6 744-ü isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 4.05% təşkil edir.

Ötən həftənin (20.06.2022-26.06.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 1058 yeni yoluxma faktı qeydə alınıb, 646 pasiyent sağalıb, 2 pasiyent vəfat edib.