Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 11 802 yeni yoluxma halı aşkarlanıb, 10 233 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 11 802 yeni yoluxma halı aşkarlanıb, 10 233 nəfər sağalıb

 

Ötən bir həftə (24.07-31.07.2022) ərzində Gürcüstanda koronavirusa 11 802 yeni yoluxma halı aşkarlanıb, 10 233 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 10 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Bir həftə ərzində ölkədə 76 309 ədəd test aparılıb.
7 günlük testləşmənin müsbət göstəricisi 15.47 % təşkil edir.

Əvvəlki həftənin (18.07-24.07.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 10 253 yeni yoluxma faktı qeydə alınıb, 7508 pasiyent sağalıb, 5 pasiyent vəfat edib.