Bir dəfəlik 300 larilik yardım almaq üçün qeydiyyatdan 29 547 nəfər keçdi

Gürcüstanın Səhiyyə Nazirliyinin veb-səhifəsində, bugün saat 12:00 göstəriciləri ilə, bir dəfəlik 300 larilik kompensasiyayı almaq üçün 29 547 nəfər qeydiyyatdan keçdi.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Səhiyyə Nazirliyi verib.

Qeydiyyat mayın 15-dən başladı və altı həftə davam edəcək.

Kompensasiya istəyən şəxslər qeydiyyatdan keçmək üçün Səhiyyə Nazirliyinin veb-səhifəsinə daxil olmalıdırlar.

Qeydiyyatdan sadəcə Gəlirlər Xidmətində daha öncə qeydiyyatdan keçən özünü işlə təmin edən fiziki şəxslər keçə bilərlər.

Daha öncə qeydiyyatdan keçən fiziki şəxslər, dövlət kompensasiyasını almaq üçün növbəti məlumatı təqdim etməlidirlər: Ad, soyad və şəxsi nömrə, əlaqə üçün məlumat (faktiki ünvan və kontakt telefonları), bank rekvizitləri – hesab nömrəsi.

Gəlirlər xidmətində qeydiyyatda olmayan şəxslər isə, ərizələrini Səhiyyə Nazirliyinin veb-səhifəsinə təqdim edə bilərlər – www.moh.gov.ge və məşğul olduqları haqqında (və həmçinin, 2020-ci ilin aprel ayında işsiz qaldıqları ilə bağlı) hərhansı bir sənəd təqdim etməlidirlər.

Şəxslərin ərizələri müzakirə olunacaq və kompensasiya məbləği komisiya qərarı verildikdən 10 gün sonra ödəniləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, qeyd olunan proqram üçün 75 milyon lari ayrılıb və 250 min benefisiar üçün nəzərdə tutulur.