Biometrik pasportun itdiyi və yaxud oğurlandığı halda, sadəcə Ədliyyə Evinə ərizə ilə müraciət yetərli olmayacaq
Gürcüstan vətəndaşının biometrik pasportunun itdiyi və yaxud oğurlandığı halda, sadəcə Ədliyyə Evinə ərizə ilə müraciət artıq yetərli olmayacaq, – bu barədə bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani hökümət iclası başa çatdıqdan sonra verdi.
Tea Tsulukiani qeyd etdi ki, biometrik pasport bərpa olunana qədər vətəndaş ilk öncə, pasportunun itdiyi barədə polisə ərizə verməlidir.
“Bu önəmli yeniliyi hər bir vətəndaş bilməlidir. 2019-cu ilin noyabrın 1-dən qüvvəyə minən qanuna əsasən, biometrik pasportunu itirən şəxs öncə sənədinin itdiyi halda polisə müraciət etməlidir. Bu sadəcə Gürcüstanda yaşayan vətəndaşlara deyil, xaricdə olan Gürcüstan vətəndaşlarına da aiddir. Xaricdə olan vətəndaşlar polisdən müvafiq sənədi aldıqdan sonra konsulluğa müraciət etməlidirlər. İtən pasportu bərpa etmək ancaq belə olar” – dedi Tea Tsulukiani.
Onun dediyinə görə, bu dəyişikliklərin səbəbi vizaliberalizasiyanın qorunmasıdır.
“Bir çox Avropa ölkəsində belə olur. Bəzən pasportu itməyən şəxslər yalandan Ədliyyə Evinə müraciət edib yeni pasport alırlar və beləliklə vətəndaşın iki yolçu pasportu olur və bu da Avropalı hüquqmühafizəçilər üçün problem yaradır” – deyib nazir.