Binanın çökməsinin versiyalarından biri olaraq təmir işləri zamanı istinad divarının zədələnməsi hesab olunur
Binanın çökməsinin variantlarından biri olaraq təmir işləri zamanı istinad divarının zədələnməsi hesab olunur -bu barədə jurnalistlərə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.
O, binanın çökməsinə konkret olaraq nəyin səbəb olduğunu müəyyən etmək üçün araşdırma başladıldığını bildirib.
“İlkin məlumata görə, bir neçə versiya var idi, qaz versiyası da nəzərdən keçirilirdi. Əldə etdiyimiz məlumata görə, təmir işləri aşağıda aparılırdı, mənzil sahibi bunu edirmiş ,ola bilsin bu istinad divarının dağılmasına səbəb olub və ya digər şeylər. İstintaq başlatmışıq və dağıntıya nəyin səbəb olduğunu öyrənəcəyik. İstintaq 240 -cı maddənin ikinci hissəsi ilə aparılır” , – deyə Vaxtanq Qomelauri bildirib.
Batumidə, 26 May küçəsindəki yaşayış binasının bir hissəsi bu gün çöküb. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaşayış binasının dağıntıları altında qalmış avtomobildən azyaşlı uşağı çıxarıblar və klinikaya aparıblar. Lakin qısa müddət sonra xilasedicilər daha bir uşağı binanın dağıntıları altından çıxarıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 26 May küçəsindəki yaşayış binasının çökməsi faktı ilə bağlı araşdırma başladılıb və yaralılarla bağlı məlumat dəqiqləşdirilir.
Achara Patrul Polis Bölməsinin rəhbərinin sözlərinə görə, hadisə yerində intensiv xilasetmə işləri aparılır və qonşu rayonlardan əlavə qüvvələr səfərbər olunur.