Bidzina Kulumbeqov bildirir ki, koronavirusu artıq bir dəfə keçirmiş insanların "Omicron"-a yoluxma ehtimalı beş dəfə artıb
Bidzina Kulumbeqov bildirir ki, koronavirusu artıq bir dəfə keçirmiş insanların "Omicron"-a yoluxma ehtimalı beş dəfə artıb

 

Allerqoloq-immunoloq, Bidzina Kulumbeqov bildirir ki, koronavirusu artıq bir dəfə keçirmiş insanların “Omicron”-a yoluxma ehtimalı beş dəfə artıb.

Bidzina Kulumbeqovun da qeyd etdiyi kimi, iki dəfə peyvənd olunmuş insanlar da yüksək risk altındadırlar.

“Ölkənin bir tərəfdən çarpayı fondunu səfərbər etmək, digər tərəfdən xəstəxana sektorunu gücləndirmək üçün böyük hazırlıq və maddi-texniki( lojistik) dəstəyə ehtiyacı var. Heç kimin bundan qurtula bilməyəcəyinə dair müəyyən fikirlərin olduğu bu dalğadan əvvəl koronavirusu artıq bir dəfə keçirmiş insanların yenidən infeksiyaya yoluxma ehtimalı beş dəfə artıb, iki dəfə peyvənd olunmuş insanlar da təəssüf ki, yüksək risk qarşısındadırlar, ən yaxşı qorunmuş insanlar isə buster dozanı qəbul etmiş olanlardır, Gürcüstanda onların sayı isə təəssüf ki, 100 mini keçmir. İkinci peyvəndləmədən üç və ya daha çox ay keçən vətəndaşlarımızdan xahiş edirəm, peyvəndin
əlavə dozasını qəbul etsinlər, peyvənd müddətlidir, tamdır və sizdə ciddi xəstəlik inkişaf etməyəcəyinə faktiki olaraq 80 faiz zəmanət var” – deyə Kulumbeqov bildirib.