Bidzina İvanişvilinin ailəsi StopCoV fonduna 100 milyon lari köçürdü

“Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin ailəsi StopCoV fonduna 100 milyon lari köçürdü.

StopCoV fonduna yığılan məbləğin göstəricisi dünən gecə saatlarında artdı və bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən yaradılan xüsusi veb-səhifədə (https://stopcov.ge/ka/Fund) yerləşdirildi.

Fondda mövcud olan məbləğ 24 milyon lari artdı və 124 543 899 lari oldu.

Bidzina İvanişvilinin fonda 100 milyon lari köçürdüyünü “Kartu” fondunun sədri Nikoloz Çxetiani təsdiqlədi və qeyd etdi ki, Bidzina İvanişvili bu məbləği StopCov fondunun hesabına bir neçə gün bundan əvvəl köçürdü.