Bidzina İvanişvili - Yüksək məsuliyyət göstərdiyinə görə, gürcü xalqına təşəkkür etmək istəyirəm

Oktyabrın 31-də və bugün, bu çətin şəraitlərdə, göstərdiyi yüksək səviyyəli məsuliyyət üçün gürcü xalqına yenə bir dəfə təşəkkür etmək istəyirəm, – bu barədə bəyanatı “Gürcü Arzusunun” sədri Bidzina İvanişvili ikinci turun seçki məntəqəsində, ailəsi ilə birlikdə səs verdikdən sonra verdi.

Onun dediyinə görə, pandemiya şərtlərində belə gürcü xalqı böyük mobillik göstərdi.

“Covid-19 qaynayır, ancaq gürcü xalqı yenə də maksimal mobillik göstərdi və buna görə, əhaliyə təşəkkür edirəm. Həmçinin, qeyd etmək istəyirəm ki, demokratik ictimaiyyət də qəbul etdi ki, seçkilər rəqabətli və azad mühitdə keçirildi. Parlamentdə doqquz partiya təqdim olunacaq və bunu salamlayırıq.

Eyni zamanda bilirsiniz ki, müxalifət öz mövqeyini gərəkdiyindən çox çox emosiyonal şəkildə bildirir. Məncə onlarda sağ düşüncə qalib gəlsə, bizim həqiqətən də doqquz partiyalı parlamentimiz olacaq” – dedi Bidzina ivanişvili.