Bidzina İvanişvili siyasətdən getməsi ilə bağlı açıq məktub yayır
Bidzina İvanişvili siyasətdən getməsi ilə bağlı açıq məktub yayır

 

Bidzina  İvanişvili siyasətdən gedir. Bu barədə İvanişvili açıq məktub yayıb, məktubu  heç bir dəyişiklik olmadan sizlərə təqdim edirik:

Giriş

Gürcü Arzusunun hakimiyyətdə olmasından 8 il keçdi.Ölkə tarixində misli görünməmiş hadisə baş verdi-ədalətli  seçki şəraitində hakim partiya xalqdan üçüncü müddətə idarəçilik mandatını qazana bildi.

Bu qalibiyyət bizim birgə səylərimizin ən açıq, qəti və mübahisəsiz etirafıdır və məhz bu qələbə Gürcüstan tarixində yeni bir mərhələnin bünövrəsini qoyacaq.

Mənim fikrimcə, sonuncu parlament seçkiləri tarixi əhəmiyyət daşıyır. Bu seçkilər açıq şəkildə göstərdi ki, insanların hissləri ilə manipulyasiya və xalqın istəyinin müxtəlif yolla dəyişdirilməsinə  dair çox illik praktika sona çatdı. Ölkəmizi az qala uçurumdan atan bu məhvedici praktika, qəlbdən inanıram ki, birdəfəlik keçmişdə qaldı. Bu seçkilər Gürcüstan cəmiyyətinin demokratiya qarşısında dövlət məsuliyyətini, konsolidasiya, rasional və tənqidi düşünmə  qabiliyyətini açıq şəkildə göstərdi. Cəmiyyətimiz misli görünməmiş informasiya saxtakarlığına və xaosuna tab gətirdi və 2012-ci ildə xalqımızın böyük hissəsini birləşdirən dəyərlərə heç vaxt xəyanət etməyən siyasi qüvvəni seçdi.İnsanlar nəhayət ki, öz gələcəklərinin yaradıcısı olduqlarına , hökumətin onların əlində olduğuna , ölkənin inkişafı və tərəqqisi ilə bağlı qərarların da onların verməli olduqlarına inandılar. Bu səbəbdən, ötən illərin ağır siyasi proseslərinin əsas qalibi hər hansı bir siyasi partiya deyil,məhz cəmiyyətdir, onun yetişkinili və davamlılığı ölkənin gələcəyinin ən sabit əsasıdır.

Xatılatmaq istərdim ki, 2012-ci ilin parlament seçkiləri o zamankı  hökumət tərəfindən təşkil olunan seçkilərin kobud şəkildə saxtalaşdırılmasının  , insanların qorxudulmasının, satın alınmasının və siyasi rəqiblərin sıxışdırılmasının ən  klassik nümunəsi idi. Bu gün bəziləri utanmazcasına öyünürlər ki, guya o zaman hakimiyyətin dinc yolla ötürülməsi baş verdi, bu isə həmişə olduğu kimi yalan və sinizmdir.Həqiqətdə isə , 2012-ci ildə Gürcü Arzusu müharibədə qalib gəldi, çox saylı tərəfdarları  və demokratik  yolla zorakı hakim komandanı illər ərzində qəsb etdiyi hakimiyyəti güzəştə getməyə məcbur etdi. Hazırda vəziyyət məzmunən dəyişib-Gürcü Arzusu demokratik və azad seçkilərdə arxa-arxaya iki dəfə inandırıcı üstünlük əldə etdi. Bu isə açıq və mübahisəsiz bizim dəsti-xəttimizi sübut edir. Hazırki iqtidar komandası üçün hakimiyyətin əldə saxlanılması istəyinə görə xalqın şərəf və seçiminin üzərindən keçilməsi yaddır. Biz demokratiya və müstəqillik yolundan heç vaxt dönməyəcəyik, bunu aqil gürcü ictimaiyyəti müvafiq şəkildə qiymətləndirdi və bir daha hakimiyyətdə qalmağımız üçün bizə imkan yaratdı.

Belə ki, əgər Gürcü Arzusunun seçki uğurunu obyektiv şəkildə analiz etsək, şişirtmədən demək olar ki, bu gözlənilən və məntiqlidir. Hakim komanda bu gün bütün siyasi aktorlar arasında,  bütün istiqamətlərdə  həqiqətən ən yaxşısıdır  və alternativi yoxdur.

Əminəm ki, bu insanlardan təşkil olunan komanda mənim zəhmətimi, nüfuz və bacarıqlarımı ləyaqətlə əvəz edə bilər.

Buna görə də hesab edirəm ki, mənim missiyam başa çatıb. Siyasəti yekun olaraq tərk etməyə və idarəçilikdən tamamilə uzaqlaşmağa dair qərar verdim. Mən həm partiya sədrliyi vəzifəsini, həm də öz partiyamı  tərk edirəm və 2011-ci ilədək olan şəxsi həyatıma qayıdıram.

Bir neçə həftəyə  altmış beş yaşım tamam olacaq ki, bu da siyasi karyeramı bitirməyə dair qərar verərkən ən vacib amillərindən biridir. Gənclərin irəliyə çəkilməsini diktə edən mənim bu  addımım hakim partiyanı nəinki zəiflədəcək , əksinə daha da gücləndirəcək, uzunömürlü və motivasiyalı edəcək ,tərəfdarlarımızı həvəsləndirəcək və hökuməti daha enerjili edəcək.

Siyasətdən qürurlu, qalib və xalqa minnətdar şəkildə gedirəm. İnsanlar, dövlət və ölkə maraqlarından irəli gələrək göstərdiyim  səyləri görə bildilər. Əminəm ki, gürcü xalqı mənim bugünkü qərarımı da qiymətləndirəcək.

Niyə xalqın 2020-ci ildə də Gürcü Arzusunu seçməsinə dair sual yarananda ,cavab sadədir. Ölkə üçün bundan əvvəlki hakimiyyətin 9 illik idarəçiliyinin nəticələrinə və Gürcü Arzusunun 8 illik hakimiyyətdə olduğu dövrdə müvəffəq olduqlarına  baxaq . Məhz indi gündəlik, fraqment xarakterli informasiya xəbərlərindən çıxmaq və ötən uzun müddətin bütün mənzərəsini müşahidə etmək fürsətimiz var.

Gizlətməyəcəyəm və sizə dürüstcə deyəcəyəm – həqiqətən bu məktubu ağır qiymətləndirmələrlə yükləmək istəmirdim, çünki gürcü qaydalarına görə, gedən insan bir tək təşəkkürünü bildirir və geridə qalanlara yaxşılıq arzulayır. Bu qaydanı şərabın vətənində, gürcü süfrəsinin təkrarlanmaz ənənəsi yaradıb, hansı ki, dəfələrcə demişəm, gürcü insanının məişət həyatının məna və fəlsəfəsini açıq şəkildə çatdırır. Mən də bu etiketi pozmaq istəməzdim, lakin gürcü süfrəsindən fərqli olaraq, gürcü siyasətində hər bir vətəndaşımızın indiki taleyi və gələcəyi həll olunur.

Buna görə də hesab edirəm ki,  göz yumaraq, ortaq keçmişimizi obyektiv qiymətləndirməkdən yayınma hüququm yoxdur.

Bəziləri bu gün yazdığım məktubun çox kritik olduğunu düşünə bilər, lakin ən yaxın keçmişimizi qiymətləndirməkdən yayınmaq  mənim tərəfimdən yersiz və yalan olardı.

Bəli, biz  bəzilərinin doqquz il boyunca metodik olaraq qurduğu və bərkitdiyi qəddarlıqla mübarizə aparmaq məcburiyyətində qaldıq. Bu gün bu pislik ( qəddarlıq) əhəmiyyətli dərəcədə zəiflədi, lakin zərərli təsirləri, təəssüf ki, hələ də hiss olunur və Gürcü Arzusu onun əsas çəkindirici qüvvəsi olaraq qalır. Bu,nəzərə alınmadan tam siyasi qiymətləndirmənin edilməsi mümkün olmayan siyasi reallıqdır.

Milli Hərəkatın 9 illik „fəaliyyətinin“ nəticəsi nə idi- bu, avtoritarizm, özünü fetişləşdirmək , qorxu və işgəncə üzərində qurulmuş diktatura, ictimai mühitin qəsb edilməsi  və yalanın  təbliğatı, şəxsi hakimiyyəti möhkəmləndirmək və sonsuza qədər uzatmaq cəhdləri idi.

Məhz bu səbəbdən konstitusiya dəyişdi və ölkə parlament idarəçiliyənə keçdi.Ağır miras olaraq bizə qalan müharibənin faciələri və məcburi köçkünlər, itirilən ərazilər və rus işğalı barədə heç nə demirəm.

Gürcü Arzusunun idarəçiliyinin 8 illik nəticəsi nədir-Bu sülh,açılan ictimai və informasiya məkanı ilə  açıq və plüralist demokratiya, konstitusiya islahatı ilə gücləndirilmiş parlament idarəçiliyi, hökumətin fetişləşdirilməsinin qəbuledilməzliyi, institusional baxımdan balanslaşdırılmış hakimiyyət, qanunun aliliyi və onun qarşısında bərabərlik , ədalətli seçkilər praktikasının əsasının qoyulması və sonda bu məktubun həsr olunduğu səbəblərə görə siyasətdən vaxtındaca getmə.

Müxalifətin mənim hər bir sözümə nələr qoşacağını yaxşı bilirəm və buna baxmayaraq, yenə də öz sözümü bütün normal və düşünən oxucular üçün deyəcəm.Geridə qalanlar üçün-həyat göstərəcək……

 

Siyasətə gəlmə səbəbim və tapşırıqlar

2011-ci ildə siyasətə gəlmə səbəbim iki tapşırığı yerinə yetirmək idi:

1)Mixeil Saakaşvilinin zorakı, qeyri-insani və qeyri-demokratik  rejimini seçkilər yolu ilə sonlandırmaq, çünki mənim birbaşa iştirakım olmadan o zamanki müxalifət hakimiyyəti dəyişmək üçün heç bir resursa sahib deyildi.

2)Gürcü xalqı tərəfindən  seçilən avro-atlantik kurs ilə ölkənin fasilələr olmadan irəli getməsi, çünki Saakaşvilinin hakimiyyətdə olması və üstəlik hakimiyyətin qorunaraq-saxlanılması , cəmiyyət tərəfindən qərbin ona göstərdiyi dəstək olaraq başa düşülürdü. Bu avtomatik olaraq ölkənin qərb-yönümlülüyünə kəskin aqressiyanın yaranmasına səbəb olurdu. Məhz bu, Gürcüstanın əks orbitə keçmə təhlükəsini yaratdı. Eyni zamanda, qərbin demokratiyanın fasadı altında gizlənmiş bir diktaturanı dəstəkləməsi getdikcə çətinləşir və praktiki olaraq qeyri-mümkün olurdu. Şişirtmədən demək olar ki, Gürcü Arzusunun, siyasi subyektin  yaranması və qələbəsi  bu yükü qərbli tərəfdaşlarımızın üzərindən götürdü.

Nəticə etibarı ilə, hər iki tapşırıq uğurla taclandı-zorakı rejimi qan tökülmədən, seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırdıq, ölkədə 8 illik sülh və demokratik inkişafın bünövrəsini qoyduq.

 

Retrospektiv

8 illik müddəti qiymətləndirməyə qərar vermişkən, bu konteksdə 2011-ci ilin 7 oktyabr tarixində dərc olunan  ilk məktubumdan bəzi hissələri sizlərə təqdim etmək istəyirəm.Siyasətə bu addımlarla gəldim,olduqca ağır və təhlükəli mühitdə demək olar ki, hər şeyin inşaasına sıfırdan başladım. Məktubda Gürcüstanın o dövrdə yaşadığı fəlakətli vəziyyətin qiymətləndirilməsi də yer alıb. Lakin, gəlin 9 il əvvəl hədəflər haqqında nə yazdığımı görək:

Mən bir müddət ərzində , təxminən 2-3 il boyunca aşağıdakı siyasi prosesləri şəxsən koordinasiya etməyə qərar verdim:

  • Mənim tərəfimdən yaradılan yeni siyasi partiyanı və mövcud sağlam siyasi qüvvələri birləşdirərək, 2012-ci ilin  parlament seçkilərində mütləq səs çoxluğu ilə qalib gələ bilmə.
  • İnsanlarla birlikdə ölkəni idarə etməyin optimal modelini tapmaq , elə bir konstitusiya dəyişiklikləri edilməlidir ki, gələcəkdə heç bir insanın konstitusiyanı özünə uyğunlaşdırmaq üçün nəyin ki,  imkanı  ,  heç  istəyi də yaranmasın
  • Baş nazir və ya parlament sədri olaraq yeni hökumətin qurulmasında iştirak etmək və onun normal fəaliyyətinə görə məsuliyyət götürərək, Saakaşvilinin hazırkı hökumətinin yüksək eşelonlarının batdığı  miqyaslı elitar korrupsiyanı aradan qaldırmaq
  • Müstəqil məhkəmə sisteminin yaradılmasına başlayaq və onu geri dönməz prosesə çevirək.
  • Gürcüstan dövlətinin Abxaziya və Cənubi Osetiya əraziləri üzərində yurisdiksiyasının bərpasını perspektivli etmək.
  • Maraqlı investisiya mühiti yaradaq və bir qrup tərəfindən monopoliyasını qurduğu biznesin  əvəzinə, ölkədə biznesin dirçəlişinin əsasını qoyaq.
  • Kənd təsərrüfatının dirçəldilməsi ilə əlaqəli birinci layihəni sonadək aparaq  və ikinci layihəni – Texnologiya Universitetinin əsasının qoyulmasını və yüksək texnoloji iş yerlərinin yaradılmasını reallığa yaxınlaşdıraq.
  • Rusiya ilə münasibətləri tənzimləməyə başlayaq.
  • ABŞ və AB-liyi  ilə dostluğu və inteqrasiyanı dərinləşdirək… “

“… Problem prezidentlərdə deyil, cəmiyyətdədir. Etiraf etməliyik ki, qədim mədəniyyətə malik cəmiyyət  bu gün siyasi mədəniyyətin defisitini yaşayır”

“Biz, cəmiyyət olaraq , dövlət başçısını və onun hökumətini necə seçəcəyimizi və ən əsası, necə idarə edəcəyimizi öyrənməliyik.”

“Yaxın gələcəkdə, biz istənilən hökumətin hesab verməli olduğu vətəndaş cəmiyyətinin kritik hissəsini formalaşdırmalıyıq.”

Tərəfimizdən elan olunan demək olar ki, bütün hədəflərə  strateji səviyyədə nail olunub. Aydındır ki,ötən zaman kəsiyində həyat düzəlişlər edib, hər şeyə 2 və ya 3 il bəs etmir, bəzi şeylər ölü nöqtədən tərpənə bilməyib. Məsələn, işğal altındakı ərazilərlə bağlı bu problem -əvvəlki hakimiyyətin bizə qoyduğu ən ağır miras bu qəbildəndir.

Strateji hədəflərə  çatmaq üçün taktiki tapşırıqlar da  dəyişirdi. Lakin hazırda, idarəçiliyin iki müddətinin arxada qaldığı bir zamanda, nəticələrin yekunlaşdırılması zamanı bizim hakimiyyətin həqiqətən insanların üzünə baxma hüququ var.

 

Hardan başladıq

2011-ci ilin payızında ölkədə ağır siyasi və iqtisadi vəziyyət hökm sürürdü. Müxalifət gücsüz və demək olar ki məhv edilmiş vəziyyətdə idi- sonuncu siyasi  birlik müxalif “Səkkiz”, daha sonra “Altı” olaraq parçalanmışdı.

Hamımız mətbuatın hansı vəziyyətdə olduğunu  xatırlayırıq- iqtidar partiyası  hər 3 milli yayımçını (İmedi, Rustavi 2 və İctimai Yayımçını ) ələ keçirərək , tam nəzarət edirdi. Partiya liderləri xəbər sahələrini öz gündəmləri ilə idarə edirdilər, xəbər ardıcıllığını qururdular və hətta tez-tez şəxsən xəbər mətnlərini yazırdılar! Bütün vasitələr ilə insanların baxışlarına təsir etməyə çalışan vahid təbliğat mexanizmi işə salınmışdı. Qəsb edilən kanallarda  ədalətin bərpasına illər lazım gəldi, lakin təəssüflər olsun ki, yalan maşını bu gündə işləyir, çünki nə Saakaşvili simasındakı  siyasi sifarişçilər , nə də media menecerlərə çevrilən partiya funksionerləri və jurnalistlər simasında  bu sifarişi yerinə yetirənlər  heç hara getəyiblər. Bu ölkədə biz çox şeyi dəyişmişik, bir çox çağırışın öhdəsindən gəlmişik, çoxlu problemləri arxada qoymuşuq, lakin yalanı məğlub etməyi və informasiya sahələrindən yox edilməsini bacara bilmədik-ola bilsin müassir dünyada bu tapşırığı yerinə yetirmək mümkünsüzdür.

Bunun əvəzinə , dövləti düzgün idarə etməklə və təbliğatdan imtina etməklə, biz  insanlar üçün azad və plüralist mühit yarada bildik. Bu səbəbdən də sonda vətəndaşların əksəriyyəti haqqı və nahaqqı seçir.

2020-ci ilin seçkiləri bunun ən yaxşı nümunəsidir.

İqtisadi vəziyyəti də yada salaq, nəzarət edilən ölkədə bütün biznes aktivliklər necə idi, biznesin üzərində dayanan maliyyə polisi və prokurorluq necə idi, nə böyüklükdə qorxu hökm sürürdü, real investisiya mühiti necə idi. Hakimiyyət böyük biznesi girov olaraq götürmüşdü, biznes əsas xüsusiyyətini-qərarların müstəqil şəkildə alınması imkanını itirmişdi. Nəyinki müqavilə, bir az böyük həcmli maliyyə tranzaksiyaları belə  baş prokurorun gündəlik, şəxsi nəzarətində idi. İqtisadiyyat da belə sünii idi.Lari kursunu 2008-ci ildə məğlub olunan müharibə əvəzinə əldə olunan qərbin maliyyə inyeksiyası hesabına tutub-saxlaya bilirdilər. Bu ,bu günədək ölkə və xalqın üzərində borc olaraq qalan bir neçə milyard həcmindəki kreditdir. Bu gün biznes nəyinki, azaddır həm də onun nümayəndələri artıq nə siyasi bəyanatlar verməkdən çəkinir, nə də siyasətə daxil olmaqdan. Məhz ictimai mühit və mətbuatın açılması, qurum və siyasətin məzmunən ayrılması böyük demokratik nəticələr gətirdi.

 

Xalq böyüyüb, o heç vaxt diktatura ilə barışmayacaq

Mənim üçün, sıravı gürcü üçün xalqımızın olduqca qısa bir zamanda , unikal təcrübə və bacarıqlara yiyələnməsi sevindirici və qürurvericidir.Olduqca qəribə və qeyri-adi məqam ondan ibarətdir ki,  Milli Hərəkat özündən asılı olmadan və tamamilə düşünmədən cəmiyyətin son olaraq ayılması işində əsas rol oynadı. Məhz bu partiyanın barbarca  idarəçiliyi zamanı  insanlar açıq və aydın şəkildə gördülər ki, bir az diqqəti  azaltsan, gözəlləşdirilmiş və populist vədlərə tənqidsiz yanaşsan, kiminsə acığına emosional və tələsik qərarlar versən, öz əlinlə düşməndən daha pis, qəddar və alçaldıcı davranan hakimiyyəti seçə bilərsən, o hakimiyyət ki, durmadan tarixini yenidən yazmağa və milli dəyərləri tapdalamağa çalşacaq. Mənim dərin inancıma görə, bu, mübarizəmizlə əldə etdiyimiz zənginlikdir, ümid edirəm ki, nə qədər çalışsalarda heç kəs bunu poza və yox edə bilməz. Gürcü Arzusu  parlament seçkilərində  qalib gəldiyində , neçə yaxınımın və dostumun biz güvənərək, dəstək göstərdik, indi isə sən ölkəyə baxmalısan deyə dediklərini heç vaxt unuda bilmərəm. Gizlətmirəm, bu sözlər o vaxt məndə dərin təəssüratlar qoydu.Məsuliyyətin başqasına ötürülməsi sovet düşüncə tərzinin tipik nümunəsidir. Hökumətə yönəlik sayıqlığı və nəzarəti xalq heç vaxt zəiflətməməlidir. Hazırda cəmiyyətimiz məzmunən dəyişib. Bu gün o, öz siyasi yetişkinliyi və dərrakəsi ilə uzunmüddətli demokratiyaya malik Avropa ölkələrinin cəmiyyətlərinə oxşardır. Xalqda  avtokratiyaya yönəlik imunitet  yarandı, o daha cəsarətli, dinamik, aktiv oldu, bu səbəbdən nəinki doqquz il, hətta doqquz həftə belə hökumət tərəfindən edilən zülmə, hədə-qorxuya, sıxışdırılmağa  və özbaşınalığa dözməyəcək.

Bundan belə heç bir hakimiyyət hər şeydən əlini üzən cəmiyyətə şahid olmayacaq. İnanıram  ki, siyasi liderlərə kor-koranə etibar etmək təcrübəsi də nəhayət  keçmişdə qaldı. Bundan belə, istənilən  hökumət daim cəmiyyətin demokratik nəzarətinin mühasirəsində olacaq. Gürcü Aruzusu son illərdə , təşkilat və struktur baxımından, həqiqi avropa ideologiyasına əsaslanan, klassik avropa partiyası olaraq formalaşdı, bu isə mənim arzum, əsas hədəfim və tapşırığım idi. Təbii ki, Gürcü Arzusu hər zaman cəmiyyətimizin böyük əksəriyyətinin xoşuna gələ bilməz. İnkişafın daha yüksək mərhələsinə keçmək üçün,hakimiyyətdə  dövri dəyişiklik qaçılmaz və vacibdir. Xalqın qərarı ilə, demokratik seçkilər yoluyla , Gürcü Arzusu hakimiyyəti təhvil verəndə, məhz bu partiya gürcü ictimaiyyəti  ilə birlikdə diktaturanın təkrarlanmasının qarşısını alan əsas qüvvə olacaq. Gürcü Arzusu komandası ,heç kimə,  mürəkkəb  demokratik çevrilişin bu çətin illərinin  tapıntısını ayaqlar altına almağa və məhv etməyə imkan və haqq tanımayacaq.  Hazırda bütün hakimiyyət ictimaiyyətin əlindədir.Hər bir insanın səsinin öz müvafiq qiyməti və mənası var.Gürcüstanda, konstitusiyanın zəmanət verdiyi real xalq suverenliyi bərpa olunub.Ümid edirəm ki,gələcəkdə insanlar onlara ağalıq edəcək hökuməti heç vaxt seçməyəcəklər və ölkəmizin keçmişdəki ağır təcrübəsindən isə xoşbəxt və şərəfli gələcəyin qurulmasında istifadə edəcəklər. Son 17 il ərzində gürcü xalqı öz təcrübəsi ilə – bir zamanlar hökumətin ağa, xalqın xidmətçi olduğu və hazırda hökumətin xalqın xidmətçisi olduğu – idarəçiliyin radikal olaraq fərqli formaları arasında fərqi gördü. Qəti şəkildə inanıram ki, cəmiyyətimiz heç vaxt səhv seçim etməyəcək və müstəqilliyi güzəştə getməyəcək. Demokratiya və insan hüquqları son olaraq  qaranlıq keçmişə qayıtmaq təhlükəsinin qarşısını almaq üçün millətimizin davamlı konsolidasiyasının təməli olmalıdır.

 

Bugünkü komanda başladığı işi etibarlı şəkildə davam etdirəcək

“Gürcü Arzusu”- nun hazırkı komandası əvvəlki ilə  müqayisədə köklü şəkildə fərqlidir və yenilənib. Şəxsən mən qürur duyuram ki, bu gün Gürcü Arzusu , vətən sevgisi, fədakarlıq , intelekt, öz vətəndaşlarına yönəlik həmrəylikdə və heç bir kriteriumlara görə Avropa ölkələrinin hökumətlərindən geri qalmayan, təcrübəsiz və tərəddüdlü deyil, əksinə siyasi mübarizələrdə təcrübə qazanan , avro-atlantik dəyərləri  və dünyagörüşünün  qəti daşıyıcısı olan , xüsusi dövlət məsuliyyətinə malik, xalqın xidmətində olan, sadiq, istedadlı və dürüst insanların möhkəm birliyidir. Xatırlatmaq istərdim ki, son illərdə Gürcü Arzusu komandasının formalaşması  köhnəlmiş partiya və onun qolları tərəfindən davamlı ədalətsiz hücumlarla  müşayiət olunurdu. Siyasi mübarizəyə heç bir etik norma və qaydalar olmadan dözdük. Paradoksal və misilsizdir ki, hökumət və ölkə nə qədər uğurlu idisə, müxalifət də bir o qədər qəzəbli, qeyri-konstruktiv və düşmən münasibəti sərgiləyirdi. Bütün cəmiyyət müxalifətin Gürcüstanın dünyadakı nüfuzunu və etibarını necə zəiflətməyə, insanları yalan və uydurma məlumatlarla təhrik etməyə, cəmiyyətdə ixtilaf, fitnə və mübahisələr səpməyə necə inadla çalışdığını açıq şəkildə gördü. Lakin, onların dövlətin ziyanına  olan hərəkətləri , son olaraq Gürcü Arzusu siyasi komandasının güclənməsi və ikiqat işləməsi üçün bir növ stimul və təkan oldu. Müxalifətin məqsədyönlü niyyətlərinin əksinə olaraq, əsas strateji müttəfiqimiz olan ABŞ və Avropalı  tərəfdaşlarımızın sarsılmaz, böyüyən və güclü dəstəyini görürük. Gürcüstan yalnız postsovet məkanında deyil, həm də Şərqi Avropada kiçik, lakin nüfuzlu, uğurlu və nümunəvi bir demokratiyadır.Bir çox obyektiv və ya süni yaradılmış qarşıdurmalara baxmayaraq,  bütün dünya  və o cümlədən regionumuzun  təhlükəli, gözlənilməz və daha az konsolidasiya olunmuş bir hala gəlməsi şərtlərində belə,  Gürcüstan rahat və səhvsiz addımlarla sülhü və stabilliyi qoruya bildi. Ölkəmiz, geosiyasi dalğalanmalar və müttəfiqlər üçün əlavə problem yaratmadan, öz avro-atlantik maraqları və hədəfləri istiqamətində irəliləməsini təmin etdi. Uzun illər yorulmadan verilən  əmək nəticəsində, yoxsulluğun  məğlub edilməsi və sürətli iqtisadi tərəqqi üçün lazımi təməlləri qoyduq, geniş miqyaslı təhsil islahatına başladıq, çünki təhsilin rifahdan keçən  azadlığa aparan ən qısa yol olduğuna qəti  inandıq. Koronavirusun  daxili və xarici investorların fəaliyyətini kəskin şəkildə azaltmasına baxmayaraq gürcü iqtisadiyyatı bu gün düzgün və nikbin istiqamətdə irəliləyir. Sahibkarlıq fəaliyyəti və rəqabət üçün mümkün qədər sərbəst və tolerant mühit yaradılıb.Biz nəhayət ki, biznesdə  hökumətin favoritizminə və hakimiyyəti zənginləşdirmək üçün yaradılan monopliyalara son qoyduq. Gürcü Arzusu insanları tiranlıqdan, hökumətin demokratik nəzarəti və zəmanətli məhdudiyyətin etibarlı konstitusiya-hüquqi sisteminin əsasını qoydu. Siyasətin formalaşmasında hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin qeyri-proporsional  iştirakı təcrübəsinə son qoyduq. Əvvəlki hökumətin cinayətkar fəaliyyəti məhz buna  əsaslanmışdı. Hazırda Gürcüstan hökuməti balanslıdır, heç kimsə həddindən artıq gücə, səlahiyyətlərə sahib deyil. Hər bir hökumət qolu sərt şəkildə təyin edilən səlahiyyətlərə sahibdir. Bu gün bizim dost və xalqına qayğı göstərən hakimiyyətimiz var.

Ölkənin köklü demokratik çevrilişi və 2012-ci ilin 1 oktyabr  tarixli qələbəsinin əsasını qoyduğu yaxşı düşünülmüş islahatlar Gürcüstanın sosial, siyasi və iqtisadi tərəqqisinin dönməz prosesinə əhəmiyyətli təkan verdi.

Bu məktubun əlavəsində bir sıra nüfuzlu beynəlxalq reytinq agentlikləri və institutlarının nəticələri və illik hesabatları ilə doğruluğu təsdiqlənən nümunələr və konkret statistik məlumatlar var.

Məhz burada Gürcü Arzusunun idarəçiliyi nəticəsində , keyfiyyətcə yaxşılaşma, bütün sahələrdə sosial və iqtisadi inkişaf açıq şəkildə öz əksini tapıb. Bu, demokratik təsisatların qurulması, insan hüquqlarının qorunması, cinayət və korrupsiya ilə mübarizə, habelə müstəqil məhkəmə sisteminin gücləndirilməsinə də  şamil olunur. Əminəm ki, məhz bu, gələcəkdə Gürcüstanın tərəqqisinin etibarlı dayağı olacaq (əlavəyə saytda baxın).

Yaxşı başa düşürəm ki, uğurlara baxmayaraq, ölkəmiz üçün  əsas çağırış və problem olaraq hələ də aşılmaz yoxsulluq qalır. Vəziyyətini qlobal pandemiyanın daha da ağırlaşdırdığı , ehtiyyac içində olan çox ailə var.  Bir çox həmvətənlərimiz ailələrini normal qidalandırmaq, övladlarının keyfiyyətli təhsili və layiqli həyat şəraiti üçün cəfa çəkir.

Bəli, yoxsulluq obyektiv reallıqdır.Lakin, mən bizə miras qalan yoxsulluğun Gürcü Arzusunun idarəçiliyinin nəticəsi olması ilə bağlı ittihamları qəbul edə bilməyəcəm.

Dəfələrcə demişəm və bu gün də təkrarlayıram-bugünkü yoxsulluq on illərin yığılan problemidir və bütün bunlar öz əlimizlə yeni ayağa qalxan dövləti məhv etdiyimiz zamandan başlayır.

Bugünkü yoxsulluq ölkəmiz müstəqillik qazandıqdan sonra iyirmi il ərzində keçdiyi davamlı tənəzzül və kataklizmlərin nəticəsidir.

Düşüşü dayandırmağı bacardıq, tərəqqiyə təkan verdik  və yoxsulluğu azaltdıq, son olaraq  aradan qaldırılması üçün isə hökumətin fədakar əməyinə, sülh, sabitlik, demokratiya və müəyyən vaxta ehtiyyac var.

Əlbətdə ki, hər şey ümid etdiyimiz kimi olmadı. Təəssüf ki, obyektiv səbəblərlə yanaşı xətalar və səhlənkarlıqlar  da var idi. Biz gürcülər əsasən emosional, xəyalpərəst insanlarıq .Gürcü Arzusu hökuməti əlindən gələnin maksimumunu  etsə də, bizdən çox şey gözləyənlərdən, iqtisadi  vəziyyətin daha sürətlə yaxşılaşacağını  gözləyənlərdən və ümidləri boşa çıxanlardan  səmimi şəkilə üzr istəmək istəyirəm.

Konstruktiv  müxalifətin formalaşmadığına görə məyus oluram, gizlətməyəcəyəm və səmimi şəkildə deyəcəyəm ki, siyasi karyeramın sonunda məni düşündürən və kədərləndirən şeylərdən biri, heç olmazsa  avropa parlament demokratiyasına xas olan standardları minimal şəkildə təmin edə biləcək  , ölkədə dövlət düşüncəli və məsuliyyətli müxalifətin formalaşmamasıdır.

Hökumət üçün  marginal və cansız  müxalifətin mövcud olmasının arzuolunan olacağını heç vaxt qəbul etməmişəm. Mənim üçün qəbuledilməz olan şey, müxalifətin hökumətin fəaliyyətini mənfi şəkildə təsvir etməsi deyil, bu demokratiya üçün lazımlı və hətta faydalı olan amillərdir  , əksinə  onların tənqidlərinin məzmunu və bitməyən qeyri-konstruktivliyi heyrətləndiricidir. Bu illər ərzində əsas müxalifət partiyalarının, onların siyasi gündəminin sözsüz icraçısı bəzi qeyri-hökumət təşkilatlarının və tamamilə itaətkar, yalançı-azad mətbuatın əsas siyasi taktikasının nə olduğuna bir daha nəzər salaq. Əgər obyektiv təhlil etsək, görərik ki, onların strateji məqsədləri  hər zaman insanları  süni şəkildə narahat etmək , hissləri idarə etmək, saxta xəbərlər vasitəsilə informasiya xaosu, qorxu, inamsızlıq və qeyri-müəyyənlik yaratmaq olub.

Xatırlatmaq istərdim  ki, bu səkkiz il ərzində ailəm və mən onların təhqiramiz təbliğatlarının və yalanlarının daimi hədəfi olmuşuq. Təbii ki, bunu eşitmək mənim üçün incidici və xoşa gəlməz  idi, lakin şəxsi duyğular və üstəlik qəzəb heç vaxt mənim tərəfimdən hər hansı qərarın alınması üçün əsas olmurdu.

Ümumiyyətlə, mətbuat məzmununu, funksiya və adi standard heysiyyətini itirən və siyasi baxımdan iflasa uğrayan partiyanın xidmətində olan  bəzi mətbuat vasitələrinə şahid olmaq üzücüdür. Gürcü Arzusunun hakimiyyəti dövründə , müxalifətə  keçən sabiq hakim partiyanın əsas siyasi aləti olaraq yalana  əsaslanan təbliğat yenə də problem olaraq qaldı. Feyknyus probleminin bütün sivil dünyanı narahat etməsinə baxmayaraq , Gürcüstan halında onun miqyası təsəvvür olunmaz uçuruma çatdı. Sərhədsiz təbliğat adi izləyiciləri televiziya məkanından tamamilə uzaqlaşdırdı.Faktlarla manipulyasiya, yalan və böhtan bəzi mətbuat vasitələrinin redaksiya siyasətinin ucalan nöqtəsinə çevrildi, bunun cəmiyyətin məlumatlandırılması funksiyası ilə heç bir ortaq nöqtəsi yoxdur.Təəssüf ki, bu prosesə partiya jurnalistlərindən əlavə, mütəxəssis olaraq adlanan şəxsiyyətlər də xüsusi həvəslə cəlb olunurlar , onlar müvafiq peşə biliyinin olmaması fonunda və mənfəət motivi əsasında, siyasi müxalifəti dəstəkləyən spikerlər olaraq formalaşdılar.

Narahat edən budur ki, bu çirkin təbliğatın təşkilatçısı və aparıcısı olan müxalifətin vəzifəsi keçmişdə də,  indi də bu ölkənin tərəqqisində və inkişafında iştirak etmək deyil, hökumətin yolunu mümkün qədər bağlamaq, xalqın rifahı naminə olan  səyləri ləngitmək və maneə törətməkdir. Böyük İliya deyirdi: ” Əgər sən pis adamsansa , heç olmazsa başqasını yaxşı insan olduğuna görə təhqir etmə….”

İlk müsahibələrdən birində, hələ 2011-ci ildə, gürcü xalqının əhval-ruhiyyəsinə və qələbəsinə inandığımda, lakin məğlub olan qüvvənin necə davranacağını bilmədiyim zaman, ümumiyyətlə istedaddan danışarkən,  fikir bildirdim ki,  heç bir bacarıq, düşüncə kəskinliyi, təhsil, misilsiz peşə ustalığı barədəməqsədlilik isə istedad kimi qəbul edilə bilməz.  İnsan hərəkəti əxlaqi təmkin instinkti ilə müşayiət olunmadıqda və başlanğıc nöqtəsi ictimai xeyir, xalqa və ölkəyə xidmət deyil, nəyin bahasına olursa olsun öz istək və ehtiraslarını təmin etmək olduğunda, bunu istedad adlandırmaq olmaz.

Daha sonra qonşusunu narahat etməmək üçün öz həyətində gəzən kiçik bir kəndlinin timsalında izah etməyə çalışdım. Anadangəlmə o  nəzakətlə daxili və özəl və ictimai maraqlar arasındakı görünməz sərhədi hiss edir. Bu onun dünyaya ləyaqətli münasibətidir. Bu onun istedadıdır. Bu səbəbdən “pis dahi” yə inanmıram. İnanıram ki, istedad yalnız ailəyə, vətənə, dünyaya uyğun olaraq yaxşılıq səpməklə təzahür edir. Və bu qabiliyyətdən məhrum olanlar, qonşunu da deyil, ölkəsini heç bir şey yerinə qoyan insanlara və  yalnız öz maraqlarını təmin etmək istəyən insanlara istedadsız demək olar. 

Bugünkü baxışdan bu qiymətləndirmənin düzgünlüyünə daha çox əminəm. Təəssüf ki, keçən illər məni bacarıqsızlığın birbaşa təkəbbür və  ləyaqətsizliklə əlaqəli olduğuna inandırdı. İstedad kəsiri yaramaz adam tərəfindən elə bir ütopik davranışla doldurulur ki, nəticədə ləyaqətini itirir, bu da insan simasını itirməklə bərabərdir. Lakin bütün bunlar əxlaqın anaxronizm və gülünc sadəlövhlük kimi təsvir olunduğu, bəzən istəksiz bir hərəkət kimi göründüyü etik və onun Gürcüstan siyasətinə ötürülməsi məsələsidir.

Lakin bu illər ərzində müxalifətdən gördüyümüz və 31 oktyabrdan sonra tam aydınlıqla gördüyümüz bütün “işləri” acizliyin, təkəbbürün və ləyaqət inkarının açıq bir təzahürüdür:

„Nə olsun ki, məğlub olduq?!

Nə olsun ki, saxtalaşdırılıb?!

Nə olsun ki, cavab olaraq verə biləcəyimiz bir dəlil yoxdur?

Nə olsun ki, dairələrdəki səsləri saymaq istəmirik, səsverməni əks etdirən video materialı yoxlamaq istəmirik və “Gürcü Arzusu ilə ebatlardan qaçırıq?!

Nə olsun ki, bütün dünya xalqın ədalətli seçimini tanıdı?

Xeyr!

Dövləti və xalqı, onun sülhünü və sabitliyini girov götürəcəyik və məğlub olanları qalib elan edənə qədər ölkəni silkələyəcəyik!

Ya da zəifləmiş iqtisadiyyatı belə bir böhran içində bir pandemiyanın ortasına qoyacağıq, buna görə insanları qiyamda bizə dəstək olmaq üçün hirsləndirəcək və əsəbiləşdirəcəyik!

Biz güc istəyirik, bu gücü bu gün istəyirik və bu gücü hər şeyin bahasına almaq lazımdır, hətta daş daş üstündə qalmasa belə! ”

(Bütün bunların müxalifətin əlyazmasına necə uyğun gəldiyinə baxın – heç bir arqument və dəlil olmadan, utanmadan insanlara Gürcü Arzusunun hakimiyyəti nəticəsində səkkiz illik geriləmə və dağıdılması  barədə nağıllar danışdılar. Bunu yerli milli statistik məlumatların (MSK-nın nəticələrinə bənzər) və beynəlxalq reytinqlərin (ATƏT / DTİHB və Müttəfiqlərin nəticələrinə oxşar olaraq) bir-birinin tam əksini sübut etməsi və ictimai-siyasi və ya iqtisadi həyatın demək olar ki, bütün sahələrində keyfiyyətcə yaxşılaşma və tərəqqi göstərməsi sübut edir.

Bu təkəbbürü elə maskası düşmüş insanlardan eşidirik ki, hakimiyyəti ələ keçirmək istəyi ilə onları təkəbbür və namussuzluğun norması və fəziləti kimi elan etməyi hədəflədikləri təəssüratı yarandı.

Bolşevik inqilabından xeyli əvvəl, Rusiyada sosialist hərəkat meydana gələndə Dostoyevski bu cür qəbuledilməz xarakterləri dəqiq təsvir etmişdi: “İnsanlara ləyaqətsizlik hüququ verin və hamını idarə edəcəksiniz, heç kim orada qalmayacaq. Bizim tədrisimiz ləyaqəti inkar etmək və açıq bir vicdansızlıq hüququdur. Sevgiylə qura bilmədikləri üçün bu bələdçi ilə bu günə qədər hərəkət edirlər, sadəcə bunu etmək istedadlarına sahib deyillər, nə var, nə olduğunu bilmirlər. Lakin bu acizlik onları məğlub etdi və bu acizlik çirkinlik, isə – şərəfsizlik doğurdu. 

Təkəbbür və ləyaqət inkarının güc əlaməti olduğunu düşündükləri ikiqat təəssüf doğurur. Bununla birlikdə, şiddətə qarşı mübarizənin ən təsirli vasitəsi, səriştəsizliyi ilə yanaşı, zəifliyinin ən görünən təzahürüdür.

Hökumətdə şiddətlidirlər və bu gün də zorakıdırlar – zəifdirlər və buna görədir. Diktatura qurmaq istedad tələb etmir. Diktatura zəiflərin seçimidir. İstedad və gücün təzahürü demokratik yolla idarəetmə bacarığında və istəkdədir.

Buna görə hakimiyyətdə ikən məğlub oldular və bu gün də məğlubdurlar.

Məğlub olduqları üçün inadkar müxalifətin öz səhvlərinə inana bilmədikləri və inana bilmədikləri xalq fərqi görür və qiymətləndirir – Gürcü Arzusu şəklində bu gün ölkədə ictimai rifaha, insanlara və xidmətə yönəlmiş və ya istedadlı və demokratik ideallara və idarəetməyə sadiq bir hökumət var, həqiqətən güclü bir komanda.

İnsanlar obyektiv olaraq mövcud problemlərə baxmayaraq, kritik bir anda yeganə doğru qərarı verirlər.

Əminəm ki, cəmiyyətimiz nəhayət bu toxunulmazlığı inkişaf etdirdi və bir daha heç vaxt əks seçim etməyəcək.

Məhz xalqımızın müdrikliyi və Gürcü Arzusunun güclü bir komanda kimi formalaşması mənə təhdidin nəhayət zərərsizləşdirildiyinə və siyasətdən rahat şəkildə çıxa biləcəyimə inam yaradır.

Siyasəti o ümidlə tərk edirəm ki, siyasi eqoizm və bir şəxsin hakimiyyəti ələ keçirməsi istəyinə görə, bu günki müxalifət əminn olacaq ki,  onun təsiri altına düşdü.

Əminəm ki, bu partiyalar hazırkı mövqelərinin ümidsizliyini bilirlər və bu təsirdən xilas olacaqlar, yəni Gürcüstanın demokratiyası üçün də perspektiv olacaq öz gələcəyi üçün mübarizə aparacaqlar. 

Bi fonda, 2011-2012-ci illəri xatırladım, xalq cinayət rejiminin xidmətində dayanan polis və təhlükəsizlik xidmətinin tam cəzalandırılmasını tələb edirdi, çünki təsəvvür edə bilmirdi ki, xalqa zorakılıqda iştirak edənlər nə vaxtsa onların təhlükəsizliyini də təmin edə bilərdi.

Hadisələr isə, tamamilə əks şəkildə inkişaf etdi. Elə inkişaf etdi ki, 

Hadisələr tam əksinə çevrildi. Qeyd etdiyim kimi, prinsipcə və ictimaiyyət arasında inkişaf etdi – sistem çıxarılsaydı və şiddətli siyasət və ideologiyanın yalnız bir neçə lideri və təhrikçisi olsaydı, sistem heç bir kütləvi təmizlənmə və repressiya olmadan xalqa xidmət edərdi.

Çünki o zamanlar da bizi birləşdirən şeyin bizi bölən və qarşı durduğundan daha çox olduğuna inanırdım və indi də inanıram.

Siyasətdə də eyni şeyin olduğuna inanıram – partiyalar özlərində güc tapsalar, özləri ilə xalq arasında süni şəkildə yaradılmış maneələri dəf etsələr və bir neçə dağıdıcı siyasətçinin zərərli təsirlərindən qurtarsalar, xalqın onlara olan inamını təxirə salmaz.

Təəssüf ki, son onilliklərdə böyük siyasətçilərlə zəngin bir dövrdə yaşamırıq. Gürcüstan bu gün həm iqtisadi, həm də siyasi cəhətdən kasıbdır. Bununla birlikdə, fədakar və məhsuldar əməyi ilə gələcəyə böyük ümid bəsləyən gənc, cəsur, ixtisaslı və enerjili siyasətçilərin şahidi oluruq. Demokratiyanın legitimliyi elədir ki, təhsildə, daha yaxşı rəhbərlikdə və intellektual potensialda Gürcü Arzusunu üstələyən vicdanlı bir siyasi qüvvə meydana çıxacaq və sonuncusu müxalifətə keçməli olacaq. Təəccüblənəcəksiniz və bu, mənim ən vacib gələcək arzumdur.  İnanıram ki, “Gürcü Arzusu” siyasi müxalifətin avanqardında layiqli yer tutacaq və bu dövr ölkədə demokratiyanın daha da inkişafı baxımından ən maraqlı dövrlərdən biri olacaq.

Bu gün nəhayət siyasətdən ayrılıb ictimai məkandan ayrıldığım zaman gürcü xalqı qarşısında baş əymək istəyirəm. Mən onları heç vaxt öz tərəfdarlarım və müxaliflərim saymırdım, çünki inanıram ki, vətənimiz diametral müxalif siyasi baxışlardan da daha çox dəyərlidir.

Gürcüstan tarixində hər zaman xüsusi rol oynamış Gürcüstan Apostol Pravoslav Kilsəsinə təşəkkür etmək istəyirəm.

Siyasi komandamıza, mübarizədə mənə etibar edən və hələ də Gürcüstana sədaqətlə xidmət edən bütün yoldaşlara təşəkkür edirəm. Onların hər birinə uğurlar arzulayıram.

Gürcüstanın əsas strateji müttəfiqi olan  Amerika Birləşmiş Ştatları, Avropa Birliyi ölkələri, Gürcüstan dövlətinə və gürcü xalqına sarsılmaz şəkildə dəstək olan bütün dostlarımıza və ortaqlarımıza təşəkkür etmək istəyirəm.

Nəhayət, fürsətdən istifadə edərək bu müddət ərzində  təhqir və böhtana dözən, seçimimin düzgünlüyünü heç bir halda şübhə altına almayaraq dağ kimi yanında dayanan ailəmə təşəkkür etmək istəyirəm.

Hamınıza bir daha təşəkkür edirəm.

Allah vətənimizi – Gürcüstanı gücləndirsin!