Bidzina İvanişvili - Öz xalqına inciməzlər, unutmayın ki, bizə küsən insanların böyük hissəsi yenə bizə ümid edir
Faktır ki, “Gürcü Arzusunun” bu çətin dövrdə əldə etdiyi bütün nailiyyətlər və müvəffəqiyyətlər, bizə qarşı tənqidli olan azlıqlar üçün kifayət qədər inadırıcı olmadı və sabah onlar öz fərqli seçimlərini edəcəklər, ancaq biz daha çoxuq və əksəriyyətin məsuliyyəti də azlığın qarşısında budur, biz onların səhvlərini də sığortalamalıyıq ki, öz yanlış qərarları özləri üçün baha başa gəlməsin, – bu barədə bəyanatı “Gürcü Arzusu – demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili partiyanın yekunlaşdırıcı tədbirində nitqlə çıxış edərkən verdi.
Bidzina İvanişvili qeyd etdi ki, dramatik vəziyyətdir ki, gürcü siyasəti seçicilərə “Gürcü Arzusuna” rəqib ola biləcək sağlam alternativa təqdim edə bilmir və siyasi rəngarəngliyə rəğmən, müxalifət sahəsində hələdə revanş üçün hazırlaşan destruktiv qüvvələr durur. “Gürcü Arzusunun” əleyhinə edilən seçim isə, praktiki olaraq, o qüvvələrin xeyrinə edilən seçimdir.
“Mən bütün Gürcüstan vətəndaşlarının seçiminə hörmət edirəm və onların bir hissəsinin “Gürcü Arzusunu” dəstəkləməməsində dramatik bir şey görmürəm.
Dramatik olan odur ki, gürcü siyasəti seçicilərə “Gürcü Arzusuna” rəqib ola biləcək sağlam alternativa təqdim edə bilmir və siyasi rəngarəngliyə rəğmən, müxalifət sahəsində hələdə revanş üçün hazırlaşan destruktiv qüvvələr dururlar. “Gürcü Arzusunun” əleyhinə edilən seçim, praktiki olaraq, o qüvvələrin xeyrinə edilən seçimdir.
Biz ki, yaxşı bilirik onların xeyrinə edilən seçim ölkə üçün nə deməkdir. Ona görə də biz hamımız seçkilərdə iştirak edərək, onlara izin verməməliyik ki, emosiyonal fonda verilən qərarla özlərini və ölkəmizi cəzalandırsınlar. Fərqli mövqelərinə rəğmən, bütün Gürcüstan vətəndaşları bizim qanımız, canımız, qardaş bacılarımızdır.
Unutmayın ki, öz xalqına inciməzlər. Həm, bizə qarşı olanlar belə, əslində bizə arxalanırlar. Onların ümidlərini boşa çıxardmayaq.
Biz seçkilərə getməliyik ki, birdaha kimsə cürət edib, xalqımızı qorxudub, ləyaqətini tapdalaya bilməsin.
Seçkilərə getməliyik ki, vətəndaşlarımız ən kritik anda özlərini yalnız hiss etməsinlər.
Biz seçkilərə getməliyik ki, ailələrimizin stabil gələcəyi olsun və sülh davam etsin.
Avropaya doğru gedən yolumuz davam etsin və qələbə üçün bərabər mübarizə aparaq” – dedi Bidzina İvanişvili.