Bidzina İvanişvili - Mən siyasətə gələndə dedim ki, zorakılıq edən iqtidarı yola salana qədər siyasətdə olacam və öz sözümü tutdum

2011-ci ildə, siyastə gələndə dedim ki, zorakılıq edən iqtidarı yola salana qədər siyasətdə olacam və öz sözümü tutdum – bu barədə bəyanatı “Gürcü Arzusunun” təsisçisi Bidzina İvanişvili Birinci Kanalın “Azad baxış” verlişində verdi.

“İllər ərzində, dəfələrlə bildirdim ki, siyasət sevdiyim və məşğul olmaq istədiyim bir fəaliyyət deyil. Mən siyasətə məcbur olduğum üçün gəldim, ölkəyə yardım lazım idi. Mən deyirdim ki, gələcəm, zorakılıq edənləri yola salıb, sonra geri öz sakit həyatıma qayıdacam.

Dediklərimi etdim, indi siyasətdə qalmaq istəmirəm.

İlk dəfə baş nazir vəzifəsidən istefa edərkən, deyirdim ki, siyasi dəstəmə məsləhətlər verərək, yardım etməyə davam edəcəm.

Opponentlərimiz buna öyrəşə bilmədilər və hər zaman uydururdular ki, guya mən qeyri-formal bir idarəçiyəm.

Təbii ki də, hansısa yüksək rütbəlinin hərəkətləri və fəaliyyətini doğru hesab etmədiyimdə, bunu bildirirdim. Ancaq mən “Gürcü Arzusuna” təzyiq və təsir etmirdim, sadəcə yardım edirdim.

İctimaiyyətin mənə olduğu etibardan başqa, heç bir resursum yoxdur” – dedi Bidzina İvanişvili.