Bidzina İvanişvili - İrakli Şotadzenin istefası, tamamilə  "Gürcü Arzusu"nun rəhbərliyi ilə  həyata keçmiş 2012-ci ilin xalq inqilabının əsas məqsədinə əsaslanan yeni standartdır
Bidzina İvanişvili - İrakli Şotadzenin istefası, tamamilə "Gürcü Arzusu"nun rəhbərliyi ilə həyata keçmiş 2012-ci ilin xalq inqilabının əsas məqsədinə əsaslanan yeni standartdır

“Gürcü Arzusu” partiyaslnln sədri Bidzina İvanişvili, Xorava küçəsində baş vermiş cinayət işi və İrakli Şotadzenin istefası haqqında bəyanat yayır.

 

Bidzina İvanişvili, bəyanatı dəyişikliksiz təklif edir:

“Xorava küçəsində baş vermiş tragediya mənə, bütün gürcü cəmiyyətinə təsir etdiyi kimi təsir etdi. Sizinlə bərabər mən də  böyük maraqla məhkəmə prosesini izləyirdim və əmin idim ki, bu işlə əlaqədar ədalətli qərar düzgün və vaxtında alınacaqdı. Mən İrakli Şotadzeni şəxsən tanıyıram  və onun professionallığı ilə vicdanlığına inanıram. İnanırdım və inanıram ki, İrakli və onun idarəsi hərşeyi edəcəklər ki, bütün təqsirkarlar qanun qarşısında müvafiq şəkildə cavab versinlər. Təəsüf ki, araşdırma prosesi və nəticəsi cəmiyyətdə bəzi şübhələr yaratdı. Və bunun ardınca isə baş prokuror layiqli, yüksək siyasət və mənəvi cavabdehliklə addım atdı.

 

İrakli Şotadzenin istefası, tamamilə “Gürcü Arzusu”nun rəhbərliyi ilə həyata keçmiş 2012-ci ilin xalq inqilabının əsas məqsədinə əsaslanan yeni standartdır. Vəfat edən şəxsin ailəsinə bir daha baş sağlığı vermək istəyirəm. Və inanıram ki ədalət, hər bir səbəbə baxmayaraq həyata keçəcək!”, – Bidzina İvanişvilinin bəyanatında bildirilib.