Bidzina İvanişvili Gürcüstanın futbol yığmasını qələbə münasibətilə təbrik edir, komandaya mükafat şəklində 30 milyon lari veriləcək, növbəti mərhələyə keçilməsi halında isə komanda əlavə olaraq 30 milyon alacaq
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Gürcüstanın futbol yığmasını böyük qələbə münasibətilə təbrik edir.
“Gürcü Arzusu”nun mətbuat xidmətindən verilən məlumata əsasən, milli komandaya təyin olunmuş mükafat, 30 milyon lari veriləcək.
Bununla yanaşı, Bidzina İvanişvilinin təşəbbüsü ilə İspaniya ilə 1/8 final qarşılaşmasında qələbə qazanılması və növbəti mərhələyə keçilməsi halında, Gürcüstanın milli komandası mükafat şəklində əlavə olaraq daha 30 milyon lari alacaq.
“Gürcü Arzusu”nun fəxri sədri bu tarixi və möcüzəvi qələbəyə görə futbol yığmasının hər bir oyunçusuna, məşqçilər korpusuna və gürcü azarkeşlərə təşəkkür edir.