Bidzina İvanişvili Gənclər Sarayında milli mədəniyyət haqqında elmi əsərin təqdimatında iştirak etdi
14:05, 29.12.2019
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili Gənclər Sarayında milli mədəniyyət haqqında elmi əsərin təqdimatında iştirak etdi.
“Gürcüstan. Tarix. Mədəniyyət. Etnoqrafiya” – gürcü mədəni irs haqqında nadir ingilis dilli nəşridir.
Kitabın yaradılması ideası “NOVA SCIENCE” Amerika nəşriyyat evinin prezidenti Frenk Kolumbus və onun həyat yoldaşına məxsusdur.
Layihənin həyata keçirilməsini Bidzina İvanişvili dəstəklədi. “Kartu” beynəlxalq xeyriyyə fondu layihənin hazırlanmasını maliyyə baxımından dəstəklədi.