Bidzina İvanişvili Arçil Tatunaşvilini ailəsinə baş sağlığı verdi

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Tserovaniyə, Arçil Tatunaşvilinin ailəsinə baş sağlığı vermək üçün getdi.

İvanişvili Tserovanidəki, Müqqəddəs Giorgi kilsəsinə bir saat öncə getdi.

Tatunaşvilinin dəfn xərclərini dövlət ödəyəcək.

Arçil Tatunaşvili Gürcüstanın silahlı qüvvələrində xidmət edirdi və beynəlxalq missiyalarda iştirak edirdi.

Sabiq hərbçi 2018-ci ilin fevralın 22-də, işğal edilən Sxinvalidə həbs edildi və onun ertəsi gün öldü.

İşğal edilmiş Sxinvali iqtidarı onun cəsədini ancaq bir aydan sonra, martın 20-də ailəsinə qaytardı.

Ekspertiza nəticəsində məlum oldu ki, sabiq əsgər işgəncə edilərək, öldürülüb.