Beynəlxalq tədqiqat - Son üç ildə Gürcüstanda şagirdlərin bilik səviyyəsi pisləşib
Şagirdlərin Beynəlxalq Dəyərləndirmə Proqramı (PISA) şərçivəsində keçirilən tədqiqata əsasən, 2015-cidən 2018-ci ilə qədər dövrdə, Gürcüstanda müxtəlif sahədə, məktəb şagirdlərinin bilik səviyyəsi pisləşib.
Tədqiqata əsasən, 2018-ci ildə sorğulamada şagirdlər 380 bal aldılar, 2015-ci ildə isə, bu göstərici 401 bal idi.
Riyaziyyatda Gürcüstanın 398 balı var, keçən il 404 balı var idi.
Təbiət fənlərində Gürcüstanın göstəriciləri 383 baldır, 2015-ci ildə isə, bu göstərici 411 faiz idi.
Son üç ildə şagirdlərin bilik səviyyəsində azalmanın müşahidə edilməsinə rəğmən, 2009-2019-cu il dövründə hər üç istiqamətdə Gürcüstan şagirdləri tərəqqi göstərmişdilər.
PISA tədqiqatı 2000-ci ildən keçirilir və 15 yaşlı şagirdlərin bilik səviyyələrini yoxlayır.
Yoxlayış riyaziyyat və təbiət fənlərində olur.
Tədqiqat üç ildə bir dəfə keçirilir.
Gürcüstan bu proqrama 2009-cu ildən qoşulub.