Beynəlxalq Olimpiya Komitəsi rus idmançıların Asiya Oyunlarında çıxışına qadağa qoyub - ruslar orada olimpiya lisenziyası ala bilərdilər #1TVSPORT
Asiya Olimpiya Şurası (OCA) rus və Belarus idmançılarının Paris Olimpiadasına lisenziya qazanmaq imkanı əldə etdikləri Asiya Oyunlarında iştirak edə bilməyəcəklərini açıqlayıb- bu barədə “The Indian Express” yazır. Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsi OCA-ya müvafiq icazə verməyib.
“Heç bir rus və Belarus idmançısı. Bu, OCA-nın deyil, Beynəlxalq Olimpiya Komitəsinin qərarıdır”- mənbə OCA-nın bəyanatından bir fraqment sitat gətirir.
Bu ilin yanvarın sonunda Asiya Olimpiya Şurası Rusiya və Belarusa Asiya Oyunlarında iştirak təklif edib. Həmin vaxt Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərə qaytarılması yollarını öyrənirdi.
Asiya Oyunları sentyabrın 23-dən oktyabrın 8-dək Çində keçiriləcək.