Beynəlxalq əmək təşkilatı - Gürcüstanda gəlir orta səviyyədən aşağıdır
İşlə təmin edilmə baxımından, Gürcüstan, gəlir səviyyəsinin ortadan aşağı olan inkişaf edən ölkələr qrupuna aiddir.
Bu barədə məlumat Beynəlxalq Əmək Təşkilatının (ILO) yeni göstəricilər bazasında verilir.
İnkişaf yolunda olan ölkələr arasında: Ermənistan, Ukrayna və Moldovada var.
Həmin qrupa Suriyə, Yemen, Pakistan, Özbəkistan, Boliviya, Anqola, Butan, Konqo, Kamerun, Kot Divuar, Lesoto, Mavritaniya və digərləri daxildir.
ILO-nun göstəricilərinə görə, dünyada çalışma qabiliyyəti olanların 5.6% işsizdir. Bu problem ən çox Şimali Afrikadadır. Şərqi Avropada işsizlik səviyyəsi son 10 il ərzində 8.5% təşkil edir.
Qeyd edək ki, işlə təmin edilmə həyat keyfiyyətinin yüksəkliyini nəzərdə tutmur. 1.4 milyard işi olan insan özünü yoxsul hesab edir.
Beynəlxalq Əmək Təşkilatında bəyan edirlər ki, növbəti iki il ərzində bu göstəricilər yenə 35 milyon insanla artacaq.