Beynəlxalq Atletika Federasiyası Rusiya idmançılarını Olimpiadaya buraxmayacaq #1TVSPORT
Beynəlxalq Atletika Federasiyası Rusiya idmançılarını Olimpiadaya buraxmayacaq #1TVSPORT

Beynəlxalq Atletika Federasiyasının (World Athletics) prezidenti Sebastyan Kou Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməyəcəyini açıqlayıb.

Kounun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmançılarının neytral statusla Yay Oyunlarına buraxılması ilə bağlı qərarı fonunda World Athletics-in mövqeyi dəyişməyib.

“Bu, mənim iştirak etdiyim Olimpiya sammitində dəstəklənən qərardır. Beynəlxalq federasiyalar idmançıların seçimində öz qiymətləndirmələrini etməkdə üstünlük hüququna malikdirlər. Bizim dəyişməyən aydın mövqeyimiz var. Paris Olimpiadasında Rusiya idmançılarını görə bilərsiniz, ancaq atletika turnirində bu olmayacaq. Bu, bizim idmanımızın tutduğu mövqedir və dəyişməyib. Burada əlavə ediləcək heç nə yoxdur, bu mövqe atletika ailəsinin üzvləri tərəfindən demək olar ki, yekdilliklə təsdiqlənib”, – Kou bildirib.