Beynəlxalq təşkilatlar və yerli QHT-lər tərəfindən seçkilərin dəyərləndirilməsi

Seçkilərin bütün əsas dəyərləndiricilərinin mövqeləri belədir: “Yaxşı keçirildi,ancaq müəyyən yolsuzluqlar oldu”. Milli-demokratik institut NDİ də həmin fikirdədir. Ümumi dəyərləndirmədə deyilir ki, seçki günü demokratik prinsiplərin qorunması ilə keçdi və yaxşı təşkil edilmişdi. Ancaq, NDİ müəyyən faktorları sadaladı, hansını ki, demokratik ölkə mütləq düzəltməlidir. Məsələn: seçicilərə təzyiq faktları, komisiya üzvlərinin qeri-kompetentliyi, bir partiyanın dominantlığı, maddi qatqıların qeyri-şəffaflığı və ən əsası, qadınların seçki prosesinə az qoşulması.

Ən çox saylı və nüfuzlu təşkilatın ATƏT-in ümumi dəyərləndirmələri də müsbətdir, əgər  təşkilatın nümayəndələri tərəfindən səslərin hesablandığı zaman, aşkar olunan yolsuzluqalr və namizədlərə və seçicilərə edilən təzyiq faktlarını saymasaq. Konkret insindetdnən başqa, ATƏT medyaya diqqət yetirdi və bəyan etdi ki, məsələn, İctimai Yayımçının tənqiçiliyi, İmedi Və Rustavi-2-nin isə, obyektivliyi əksik oldu.

Öz dəyərləndirmələrində qeyri-hökümət təşkilatları daha obyektiv idilər. Onların ilkin dəyərləndirmələri müsbətdir. QHT-lər bəyan edirlər ki, seçkilər pozuntusuz keçirildi, ancaq onların da müəyyən qeydləri var. Bugün söhbət, safəcə ənənəvi seçki pozuntuları haqqında deyil, həmçinin yeni tendensiyalar haqqında da edildi, hansılar ki, bütün təşkilatların hesabatlarındaxil edildi. Siyasi subyektlər və müşahidəçilər tərəfindən, seçicilərin personal göstəricilərinin qeyd edilməsi praktikasını müşahidəçilərin hamısı qınadı.

Təşkilatlar MSK-yı müsbət dəyərləndirilər və bəyan edirlər ki, komisiya bütün öhdəliklərini gərəkdiyi şəkildə yerinə yetirdi, ancaq, bu sadəcə ilkin dəyərləndirmədir. Yaxında təşkilatlar yekun hesabat yayacaqlar, ancaq konkret tarix hələ bəli deyil.