Bəyaz evdə bəyan edirlər ki, yeni tipli koronavirusun yoxlanışı üçün testlər məhduddur

Bəyaz evdə bəyan edirlər ki, yeni tipli koronavirusun yoxlanışı üçün testlər məhduddur və çatmaya bilər.

Bu haqda məlumatı BBC yayır.

Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, bu haqda ABŞ-ın vitse-prezidenti Maik Pens danışıb.

Maik Pens qeyd etdi ki, Donald Trampın administrasiyası bu həftənin sonuna qədər, gərəkdiyi halda, milyondan artıq test keçirə bilməyəcək.

Buna paralel olaraq, ABŞ Senatı koronavirus ilə mübarizə üçün 8,3 milyard dolların ayrılması ilə bağlı qanun layihəyi dəstəklədi.

İndi həmin sənədi Donald Tramp imzalamalıdır.

Qeyd olunan məbləğdən üç milyardd dollardan artığı vaksinaların hazırlanması üçün nəzərdə tutulub.

2,2 milyard dollar isə, xəstəliyin yayılmasının prevensiya tədbirlərinə xərclənəcək.

Amerika Birləşmiş Ştatlarında yeni koronavirusun 200 halı qeydə alındı. Ölənlərin sayı isə, 12-dir.