Bəstəkar Gia Kançeli vəfat etdi

Məşhur bəstəkar Gia Kançeli 84 yaşında vəfat etdi.

Ailəsinin Birinci Kanala verdiyi məlumata görə, sağlamlığının pisləşməsinə görə, bəstəkar xəstəxanaya aparılmışdı.

Gia Kançeli “Mimino” (1977), “Kin-dza-dza” (1986) və digər filmlər üçün hazırlanan kompozisiyaların müəllifi idi.

Kançeliyə SSR Gürcüstanın xalq artisti adı verilmişdi.

1993-cü ildən Kançeli Belçikada yaşayırdı.