Berlində Almaniyanın aqrar siyasətinə etiraz edirlər
Berlində Almaniyanın aqrar siyasətinə etiraz edirlər

Berlində on minlərlə insan Almaniyanın aqrar siyasətinə qarçı küçəyə çıxdı. Nümayişin təşkilatçılarının məlumatına görə, aksiyada 33 min insan iştirak edirdi.

Nümayiş Berlində “yaşıl həftə” aqrar sərgisinə paralel keçirildi. Tədbir yanvarım 19-da açıldı.

Yürüşdə yüzdən artıq traktor iştirak edirdi. Nümayişçilər kənd təsərrüfatı biznesinin qloballaşdırılmasına qarşı çıxırlar.