Benyamin Netanyahu və müxalifət lideri Benni Qants fövqəladə hökumətin yaradılması ilə bağlı razılığa gəliblər, həmçinin “müharibə kabineti” də yaradılacaq
Benyamin Netanyahu və müxalifət lideri Benni Qants fövqəladə hökumətin yaradılması ilə bağlı razılığa gəliblər, həmçinin “müharibə kabineti” də yaradılacaq

İsrailin Baş naziri Benyamin Netanyahu və müxalifət lideri Benni Qants fövqəladə hökumətin yaradılması ilə bağlı razılığa gəliblər. Netanyahu, Qants və ölkənin müdafiə nazirinin iştirakı ilə “Müharibə kabineti” də yaradılacaq.

Sözügedən razılaşma o deməkdir ki, müharibə zamanı müharibənin aparılması ilə bağlı olmayan qanun layihələri və hökumət qərarları qəbul edilməyəcək və müharibə zamanı bütün yüksək vəzifələr avtomatik olaraq uzadılacaq.

Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə doğru raketlər atılıb.

Hücuma görə məsuliyyəti “HƏMAS” üzərinə götürüb.

İsraildə müharibə vəziyyəti elan edilib.