Benyamin Netanyahu - Qəzzanı fəth etməyə, işğal etməyə və ya idarə etməyə çalışmırıq
Benyamin Netanyahu - Qəzzanı fəth etməyə, işğal etməyə və ya idarə etməyə çalışmırıq

 
Qəzzanı fəth etməyə, işğal etməyə və ya idarə etməyə çalışmırıq-bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində açıqlayıb.

“Biz Qəzzanı fəth etməyə çalışmırıq. Biz Qəzzanı işğal etməyə çalışmırıq. Biz Qəzzanı idarə etməyə çalışmırıq. Biz orada olacaq mülki hökumət tapmalıyıq. Qəzza xalqı üçün gözlədiyim Qəzzanın bərpasıdır. Görmək istədiyimiz şey silahsızlaşdırılmış, radikallaşdırılmış və yenidən qurulmuş Qəzzadır. Bütün bunlara nail olmaq olar”- Netanyahu açıqlayıb.

Netanyahu bildirib ki, əməliyyatlar ilkin olaraq gözlədiyi sürətlə inkişaf etməyib, lakin o, atəşkəsin variant olmadığını da qeyd edib.

“HƏMAS” ilə atəşkəs “HƏMAS”a təslim olmaq, terrora təslim olmaq və İranın terrorçu oxunun qələbəsi deməkdir. Beləliklə, İsrailli girovlar azad edilmədən atəşkəs olmayacaq”- Netanyahu açıqlayıb.