Benyamin Netanyahu - müharibə bitdikdən sonra Qəzza sektoruna nəzarəti İsrail Müdafiə Qüvvələri özündə saxlayacaq və beynəlxalq qüvvələrə verməyəcək.
Benyamin Netanyahu - müharibə bitdikdən sonra Qəzza sektoruna nəzarəti İsrail Müdafiə Qüvvələri özündə saxlayacaq və beynəlxalq qüvvələrə verməyəcək.

İsrail Müdafiə Qüvvələri müharibə bitdikdən sonra Qəzza sektoruna nəzarəti özündə saxlayacaq və beynəlxalq qüvvələrə verməyəcək, – İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

İsrail hökumətinin başçısı İsrailin Qəzza sektoru ilə həmsərhəd şəhərlərinin merləri ilə görüşdə ərəb anklavına İsrail ordusunun nə qədər müddət nəzarət edəcəyi barədə ətraflı məlumat verməyib.

Bundan əvvəl İsrailin baş naziri “Fox News” telekanalına müsahibəsində demişdi ki, İsrail Qəzza sektorunu yenidən işğal etmək və ya idarə etmək istəmir.

İsrail mediası bildirir ki, ABŞ rəsmiləri son həftələrdə beynəlxalq qüvvələrin, ola bilsin ki, qonşu ərəb müttəfiqlərinin qoşunları ilə birlikdə ərəb anklavının təhlükəsizliyini müvəqqəti olaraq, Fələstin hazırkı hökumətinə qayıdana qədər idarə edə biləcəyi ehtimalını gündəmə gətiriblər və Vaşinqton belə olacağına ümid edir.