Benyamin Netanyahu - İsrail ordusu Qəzza sektorunun bütün künclərində "HƏMAS"ın hər bir üzvünə çatacaq
Benyamin Netanyahu - İsrail ordusu Qəzza sektorunun bütün künclərində "HƏMAS"ın hər bir üzvünə çatacaq

İsrail ordusu Qəzza sektorunun bütün künclərində “HƏMAS”ın hər bir üzvünə çatacaq – bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda yerləşən İsrail ordusunun əsgərləri ilə görüşü zamanı açıqlayıb.

İsrail hökumətinin başçısının sözlərinə əsasən, ölkə ordusunun qarşısında iki vəzifə var: “HƏMAS”ı zərərsizləşdirmək və girovları evlərinə qaytarmaq.

“Qəzzaya müdaxilə etməyəcəyimizi dediklərini xatırlayırsınız mı? Müdaxilə etdik. Dedilər ki, Qəzzanın ətraf hissələrinə gedə bilməzdik, getdik. Dedilər ki, biz Şifaya daxil olmayacağıq, daxil olduq. Qəzzada çata bilməyəcəyimiz yer yoxdur. “HƏMAS”ın qatilləri üçün heç bir gizlənmə yeri və sığınacaq yoxdur” – Benyamin Netanyahu açıqlayıb.