Benyamin Netanyahu "HƏMAS"ın yaydığı girov videosunu “qəddar psixoloji təbliğat” adlandırır
Benyamin Netanyahu "HƏMAS"ın yaydığı girov videosunu “qəddar psixoloji təbliğat” adlandırır

 
İsrailin Baş naziri Benyamin Netanyahu “HƏMAS”ın yaydığı girov videosunu “qəddar psixoloji təbliğat” adlandırır.

Netanyahunun sözlərinə əsasən, İsrail hökuməti girovları azad etmək üçün hər şeyi edir.

“Qəlbimiz sizinlə və bütün digər girovlarladır. Biz bütün oğurlanmış və itkin düşmüş insanların evlərinə gətirilməsi üçün əlimizdən gələni edirik” – deyə İsrailin Baş naziri bildirib.

“HƏMAS” İsraildən girov götürülənlərin Benyamin Netanyahunu tənqid etdiyi təbliğat videosunu yayıb.

İsrail hökumətinin məlumatına əsasən, “HƏMAS”ın videosunda göstərilən vətəndaşlar Daniel Alon, Rimon Kirşt və Yelena Trupanobidir.