Benyamin Netanyahu Beni Qantsı İsrailin müharibə kabinetini tərk etməməyə çağırıb

11:10, 10.06.2024

 
İsrailin Baş naziri Benyamin Netanyahu Beni Qantsı İsrailin müharibə kabinetini tərk etməməyə çağırıb.

“İsrail bir çox cəbhədə ekzistensial müharibə içərisindədir, Beni, indi kampaniyadan imtina etməyin vaxtı deyil – indi qüvvələri birləşdirməyin vaxtıdır”-Netanyahu bildirib.

Netanyahu qalib gəlməyə və müharibənin bütün məqsədlərinə- “ilk növbədə girovların azad edilməsi və “HƏMAS”ın məhv edilməsi”nə nail olmağa davam edəcəyinə söz verib.

Xatırladaq ki, Beni Qants dünən İsrailin müharibə kabinetini tərk etdiyini açıqlamışdı.

Oxşar