Beni Qants - "Hizbullah"ın lideri Həsən Nəsrullah səhv etsə, "Hizbullah" və Livan dövləti nəticələrə görə cavab verəsi olacaqlar
Beni Qants - "Hizbullah"ın lideri Həsən Nəsrullah səhv etsə, "Hizbullah" və Livan dövləti nəticələrə görə cavab verəsi olacaqlar

 
İsrailin müharibə kabinetinin üzvü və keçmiş müdafiə naziri Beni Qants bildirib ki, “Hizbullah” və Livan “Hizbullah”ın lideri Həsən Nəsrullahın buraxdığı səhvlərə görə cavabdeh ola bilər. O, bu barədə mətbuat konfransında açıqlayıb.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, İsrail öz vətəndaşlarını qorumaq üçün Livan sərhədinin hər iki tərəfində döyüşməyə hazırdır.

“Qəzza sektorunda güclü quru əməliyyatı həyata keçiririk. Çoxlu nailiyyətlərimiz var və biz mübarizəmizi genişləndirməyə davam edirik. Şimalda biz döyüş cəbhəsinin önündəyik. Müdafiədə güclüyük, hücumda da güclüyük. Lazım gələrsə, şimal sərhədlərimizi hər iki tərəfdən qorumaq əzmindəyik. Əgər Nəsrullah səhv edərsə, “Hizbullah” və Livan dövləti nəticələrinə görə cavabdeh olacaqlar” – deyə Qants açıqlayıb.