Bəhreyn İsraildən səfirini geri çağırıb və iqtisadi əlaqələri kəsib
Bəhreyn İsraildən səfirini geri çağırıb və iqtisadi əlaqələri kəsib

 
Bəhreyn İsraildən səfirini geri çağırıb və iqtisadi əlaqələri kəsib.

Ərəb KİV-lərinin məlumatına əsasən, İsrail səfiri də Bəhreyni tərk edib.

Verilmiş məlumata əsasən, qərar Bəhreyn Krallığının “Fələstini və Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyən qəti və tarixi mövqeyinə” əsaslanır.

Bəhreyn İsraillə əlaqələri ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ilin Abraam razılaşması əsasında qurub.

İsrail Bəhreyn hökumətindən bu ölkələrin səfirlərinin geri çağırılması ilə bağlı hər hansı açıqlama və ya qərar almadığını bildirir.