"BBC" - Vladimir Putin Mariupol istiqamətində atəşin yalnız Ukrayna hərbçilərinin təslim olması halında dayandırılacağını bildirib
"BBC" - Vladimir Putin Mariupol istiqamətində atəşin yalnız Ukrayna hərbçilərinin təslim olması halında dayandırılacağını bildirib

 

Mariupol istiqamətində atəş yalnız Ukrayna hərbçiləri təslim olanda dayandırılacaq – bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Medianın yazdığına görə, bu barədə Kremlin Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı ilə bağlı yaydığı bəyanatda deyilir.

“Çətin humanitar vəziyyəti həll etmək üçün ukraynalı millətçi hərbçilər müqaviməti dayandırmalı və silahlarını yerə qoymalıdırlar” – deyə Kremldə bildirirlər.

Mətbuatın məlumatına görə, Fransa rəsmiləri Putinin mülki əhalinin şəhərdən çıxarılması planını müzakirə etməyə razılaşdığını bildiriblər. Media həmçinin Fransa hakimiyyətinin Mariupoldakı vəziyyəti fəlakətli adlandırdığını da yazır.

“Fransa Türkiyə və Almaniya ilə birlikdə Rusiyaya vətəndaşların Mariupoldan təxliyəsini təklif edib. Putin Emmanuel Makrona bu barədə düşünəcəyini deyib” – deyə media yazır.