"BBC"-"HƏMAS" İsrailin Aşkelon şəhərinin sakinlərini şəhəri tərk etməyə çağırır
"BBC"-"HƏMAS" İsrailin Aşkelon şəhərinin sakinlərini şəhəri tərk etməyə çağırır

“BBC”nin məlumatına görə, “HƏMAS” İsrailin Aşkelon şəhərinin sakinlərini şəhəri tərk etməyə çağırır. “BBC”nin yazdığı kimi, “HƏMAS” üzvləri Qəzza sektorunun bombalanmasına cavab olaraq Aşkelona hücum edəcəklərini bildirirlər.

“Telegram” kanalları vasitəsilə yayılan müraciətdə “HƏMAS” Aşkelon sakinlərinə yerli vaxtla saat 17:00-a qədər şəhəri tərk etmələri üçün vaxt verir.

Aşkelon şəhəri Qəzza sektorunun şimalında yerləşir.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, şənbə günündən bəri Qəzza sektorundan İsrail istiqamətində 4500 raket atılıb.