"BBC" - Rusiya Avropadakı əsas qaz kəmərini hələlik müvəqqəti olaraq bağlayır, lakin Aİ-də boru kəmərinin fəaliyyətinin bərpa edilməyəcəyindən narahatdırlar
"BBC" - Rusiya Avropadakı əsas qaz kəmərini hələlik müvəqqəti olaraq bağlayır, lakin Aİ-də boru kəmərinin fəaliyyətinin bərpa edilməyəcəyindən narahatdırlar

 

Bu gündən etibarən Rusiya Avropaya qaz tədarükünü tarixi minimuma endirir. “Qazprom” profilaktik məqsədlərə görə “Şimal axını” boru kəmərini 10 gün müddətinə bağlayır, lakin Avropada bunun daha uzun sürəcəyindən və gələcəkdə onları enerji böhranının gözləməsindən ehtiyat edirlər.

Bu barədə “BBC” məlumat yayır.

Mətbuatın yazdığı üzrə, hələ üç il əvvəl “Qazprom” müxtəlif boru kəmərləri vasitəsilə Avropaya gündəlik 500 milyon kubmetr təbii qaz tədarük edirdi. Cari ilin may ayında bu göstərici yarıya enib. İyulun əvvəlində artıq gündəlik 140 milyon kubmetr təşkil edib.

“BBC”nin məlumatına görə, “Türkiyə axını” boru kəməri ilə bağlı elan edilən profilaktik işlərdən sonra isə həcm 100 milyon kubmetrə qədər azalıb. İndi isə yaxın 10 gün ərzində Rusiya Avropaya gündə cəmi 75 milyon kubmetr qaz tədarük edəcəyini vəd edir.

Bununla yanaşı, media Avropa İttifaqının yaranmış böhran vəziyyəti fonunda yaxın günlərdə yeni fövqəladə tədbirlər və planlar açıqlayacağını yazır.