"BBC" - G7 qida böhranı ilə mübarizə aparmaq üçün 4,5 milyard dollar ayırır
"BBC" - G7 qida böhranı ilə mübarizə aparmaq üçün 4,5 milyard dollar ayırır

 

“Böyük Yeddilik” qida böhranı ilə mübarizə aparmaq üçün 4,5 milyard dollar ayırır.

Məlumatı “BBC” yayır.

Bavariyada “Böyük Yeddilik” sammitinin yekun günündə iştirakçı ölkələrin liderləri Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan qlobal ərzaq çatışmazlığı ilə mübarizə üçün əlavə 4,5 milyard dollar ayrılması barədə razılığa gəliblər.

Onlar həmçinin böyük ərzaq tədarükü olan ölkələri böhranın həllinə kömək etməyə və qlobal qiymətlərdə daha da sürətli artıma səbəb olmamaq üçün əlavə ərzaq almaqdan çəkinməyə çağırıblar.

“Biz böyük ehtiyatlara malik olan tərəfdaşları, eləcə də özəl şirkətləri bazarı manipulyasiya etmədən qidaya çıxışı təmin etməyə çağırırıq”- deyə sammitin yekun kommünikesində deyilir.

Medianın yazdığı üzrə, rus qoşunları tərəfindən Ukraynanın dəniz limanlarının blokadaya alınması taxıl və günəbaxan yağının tam defisitinə səbəb olub və Afrikanın bir neçə ölkəsi real aclıq təhlükəsi ilə üz-üzə qalıb.

“Böyük Yeddilik” ölkələri Rusiya rəhbərliyini Ukraynanın ərzaq məhsullarının ixrac olunduğu Qara dəniz limanlarının blokadasını dərhal aradan qaldırmağa çağırıblar.

G7 liderləri həmçinin Kremli Ukraynanın kənd təsərrüfatı sektorunu talamaqda ittiham ediblər.