“Bayern” “Heidenheim”lə oyunda "Həmas" tərəfindən əsir götürülən insanların yaxınlarını qəbul edib #1TVSPORT
“Bayern” “Heidenheim”lə oyunda "Həmas" tərəfindən əsir götürülən insanların yaxınlarını qəbul edib #1TVSPORT

“Bayern” futbol klubunun rəhbərlərinin təşəbbüsü ilə “Heidenheim”lə oyuna “Həmas” tərəfindən əsir götürülən İsrail vətəndaşlarının yaxınları dəvət olunub.

“Bayern”nin prezidenti Herbert Hayner və baş direktor Yan-Kristian Drezen klub adından terror qurbanlarının ailələrinə dəstək və həmrəylik ifadə ediblər.

“Bayern” olaraq ümid edirik ki, əsir götürülən bütün insanlar sağ-salamat ailələrinə qayıdacaqlar”, – Münhen klubunun mətbuat xidmətindən bildirilib.

“Bayern” – “Heidenheim” görüşü münhenlilərin qələbəsi ilə yekunlaşıb – 4:2.