Batuminin Respublika Xəstəxanasında bəyan edirlər ki, kovid-infeksiyalıların qəbulu üçün klinikada hər gün 25-ə qədər yer boşalır
Batumi Respublika Xəstəxanasında hər gün 20-25 yer boşalır, – bu bəyanatı Klinikanın meneceri Gia Kikabidze verdi.
Onun məlumatına görə, sağalan pasientlərin sayəsində, klinikada hər gün yerlər boşalır.
“Bugün səhər üçün klinikada 11 boş yer var, ancaq hazırda yoxlanış prosesi keçirilir. Ehtimala görə, bugün klinikayı 20-25 pasient tərk edəcək və yeni xəstələri qəbul edəcəyik” – dedi Gia Kikabidze.
Bugün Batumi Respublika xəstəxanasında 201 kovid-infeksiyalı müalicə olunur, 48 pasient reanimasiya bölməsindədir, onlardan doqquz nəfəri sünii aparata birləşdirilib.
37 nəfər daimi oksijen tələb edir.
Digər pasientlərin vəziyyəti isə orta ağırlıqdadır.