Batuminin Qorqiladze küçəsində su borusu partlayıb, nəticədə bir avtomobilə və avtobusa ziyan dəyib
Batuminin Qorqiladze küçəsində su borusu partlayıb, nəticədə bir avtomobilə və avtobusa ziyan dəyib

Batuminin Qorqiladze küçəsində su borusu partlayıb, yolun hərəkət hissəsi dağılıb. Hadisə nəticəsində avtomobilə ziyan dəyib. Bələdiyyə avtobusu da dağılan əraziyə düşüb.

Güclü su axını yaxınlıqdakı binaların şüşələrini sındırıb.

Hazırda su bağlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Batumi Water” şirkəti mərkəzi içməli suyun 225 mm-lik borusunun zədələndiyini bildirir. Qorqiladze küçəsində təmir işlərinə başlanılır.