Batuminin ″Medalpha″ klinikasını sağalmış son pasiyentlər tərk ediblər
Batumidə″Medalpha″ klinikasını son 2 sağalmış pasiyent artıq tərk edib.Klinikanın tibb işçiləri onları ,təntənəli şəkildə,alqışlarla yola salıblar.
Yoluxmuş hər iki şəxs klinikaya karantin məkanından daxil ediliblər.Onların səyahət tarixçələri var idi.
″Sərhədi aprelin 22-i keçmişdim və aprelin 26-da artıq klinikaya yerləşdirildim.Sadəcə temperaturum var idi.Ağ ciyərlərimi çəkdilər və sətəlcəm olduğu müəyyən olundu.27 gündür müalicə olunuram.Tanrıya şükürlər olsun hər şey yaxşı qurtardı. Karantinə yollanacam və daha sonra ailəmin yanına,Zestafoniyə qayıdacam″-deyə sağalmış pasiyent bildirib.
Acharada koronavirusa ilk yoluxma halı martın 14-də qeydə alınıb.Cəmdə bölgədə 70 pasiyent Covid 19-u məğlub edə bilib,2 nəfər isə vəfat edib.Bölgədə virusa yoluxmuş insan yoxdur.Achara bu gün ″Yaşıl Zona″ statusunu geri qaytarıb.
Hazırladı-Sevinc Mustafayeva