Batumidə yaşayış evində partlayış baş verdi (video)

Batumidə, Cinçaradze 12, küçəsində yaşayış evində partlayış baş verdi.

Birinci kanalın hadisə yerində olan jurnalistinin verdiyi məlumata görə, partlayış təbii qazın axması nəticəsində baş verdi.

İlkin məlumata görə, partlayış nəticəsində beş nəfər zərər görüb.

Binanın fasadının bir hissəsi tamamən dağılıb və həmçinin binanın önündə duran bir neçə avtomobil zərər görüb.

Hadisə yerində xilas edici əməliyyat aparılır.