Batumidə, yaşayış binasının dağıntıları altından daha bir uşaq çıxarılıb
Batumidə, yaşayış binasının dağıntıları altından daha bir uşaq çıxarılıb – Achara səhiyyə nazirinin müavini Ramaz Cinçaradze Gürcüstanın Birinci Kanalına bu barədə bildirib.
Onun sözlərinə görə, uşaq klinikaya aparılıb.
“İş aparılır. Qurbanlar haqqında məlumat hələlik naməlumdur. İki uşaq klinikaya aparılıb. Hazırda dəqiqləşdirmə aparılır”-deyə Achara səhiyyə nazirinin müavini bildirib.
Batumidə, 26 May küçəsindəki yaşayış binasının bir hissəsi bu gün çöküb. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaşayış binasının dağıntıları altında qalmış avtomobildən azyaşlı uşağı bir az bundan əvvəl çıxarıblar və klinikaya aparıblar.
Bununla yanaşı, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 26 May küçəsindəki yaşayış binasının çökməsi faktı ilə bağlı araşdırma başladılıb və yaralılarla bağlı məlumat dəqiqləşdirilir.
Achara Patrul Polis Bölməsinin rəhbərinin sözlərinə görə, hadisə yerində intensiv xilasetmə işləri aparılır və qonşu rayonlardan əlavə qüvvələr səfərbər olunur.